Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Latviya rusiyalı diplomatı ölkədən çıxarır
Latviya

Latviya Xarici İşlər Nazirliyi rusiyalı diplomatı ölkədən çıxarır.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verib.

Bildirilir ki, Latviya xarici işlər naziri Riqanın bu addımını Çex Respublikası ilə həmrəylik nümaişi kimi dəyərləndirib.

"Latviya Çex müttəfiqləri ilə həmrəylik nümaiş etdirərək və Vyana Konvensiyasının pozulması ilə əlaqədar rus diplomatı ölkədən çıxarmaq qərarına gəlib. Latviya nə öz ərazisində, nə də müttəfiqlərinin ərazilərində təxribata dözməyəcək",- deyə nazir Rdqar Rinkeviç  bildirib.

Qeyd edək ki, ötən həftənin sonunda Çex hökuməti, 2014-cü ildə Vrbetitsadaki sursat anbarında baş verən partlayışda Rusiya xüsusi xidmət orqanlarını günahlandırıb. Buna görə Praqa 18 rus diplomatı ölkədən qovub. Buna cavab olaraq, Moskva Çex diplomatik nümayəndəliyinin 20 işçisini persona non qrata elan edib.

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »