Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat açıq havada toylara icazə verilməsini təklif edib
Razi Nurullayev

“Toy və yas mərasimləri ilə bağlı qanunların qəbul olunması tez-tez gündəmə gəlir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Bunun “Mədəniyyət haqqında” qanunla tənzimlənə biləcəyini qeyd edən deputat bildirib ki, yas mərasimlərində daim ciddi israfçılıq olub: “Pandemiya bitəndən sonra bu, yenə davam edəcək. Pandemiya bitməmiş biz bu məsələləri tənzimləməliyik. Heç kim ehsan yarışına girməsin. Pandemiyadan əvvəl istər toy, istərsə də yas mərasimlərində sona qədər oturmaq olmurdu. Bu sahəyə nizam-intizam gətirməyin zamanıdır. İndi yaxşı fürsət yaranır ki, biz bunu edək”.

Deputat havaların isinməyə başladığını qeyd edərək, açıq havada toylara icazə verilməsini təklif edib.(apa)

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Sərhəddə silahlı insident: iki hərbçimiz şəhid olub
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
Son xəbərlər
Bütün xəbərlər »