Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat: “Bir güllə atəş açan tərəfə biz 100 güllə ilə cavab verməliyik”
cebhe

Prezident İlham Əliyevin Zəngəzurla bağlı verdiyi bəyanat Ermənistanda ciddi böhrana səbəb olub. Həmin bəyanatın məhz ertəsi gün Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törədilib. Zəngilan və Qubadlı rayonları istiqamətində Ermənistan tərəfindən atəş açılıb. Bunun ardınca isə Rusiya sülhməramlıları təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirib və Azərbaycan hərbçiləri tərəfindən hadisəyə reaksiya verilməməsini xahiş ediblər.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə Azərbaycanla Ermənistan arasında gərgilik haqqında danışıb. O, çıxışı zamanı həm Bakıya, həm də İrəvana mesaj ötürüb.

“Çox böyük bədəl ödəndi. İnsanlar həyatını itirdi. Həm faciəli, həm də gələcəyə ümid verən bu andan dinc və yaradıcı məqsədlər üçün istifadə edilməlidir, daha vəziyyəti daha da gərginləşdirmək üçün yox. Yeni ayırıcı xətlər və qıcıqlandırıcılar yaratmağa ehtiyac yoxdur. Bəli, bu çox çətindir, xüsusilə də silahlı qarşıdurmadan sonra, həmçinin psixoloji cəhətdən də. Bəli, çoxları razı deyil. Çoxları davam və ya revanş almaq istəyir. Bəs məqsəd budurmu? Bu, sülhün əldə olunmasında faydalı olacaqmı? Bunun cavabı, məncə, aydındır. Xeyr, olmayacaq”,- deyə bildirib.

Mübariz Göyüşlü Mübariz Göyüşlü 

Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, işğaldan azad olunnan rayonlarımızın Ermənistanla sərhəddində təxribat törədilməsi, atəş açılması həm Zəngilan bəyanatı, həm də Ermənistandakı xautik durumun nəticəsi ola bilər.

“Ermənistanı hazırda xaus bürüyüb. Baş nazir hər gün, hətta hər saat fərqli fikirlər səsləndirir. Bəlli bir prinsipləri, tezisləri yoxdur və bir istiqamət üzrə siyasət yürüdüldüyünü müşahidə etmirik. Mən belə hesab edirəm ki, bu orada yaranan xausun, anarxiyanın, özbaşınalığın və müharibədə aldıqları ağır nəticədən irəli gəlir. Ermənistan 30 il ərzində hazırlıqlar görməsinə baxmayaraq, 44 günlük müharibədə elə bir ağır zərbə alıb ki, cəmiyyət hələ də özünə gələ bilmir. Buna paralel olaraq, Rusiyanın iştirakı, maraqlı dairələrinin dəstəyi, həmin diarələrin Ermənistandakı müəyyən qruplarla iş birliyinin nəticəsi olaraq Qarabağda qalmış ermənilər tərəfindən təxribat xarakterli fəaliyyətlər müşahidə edirik. Gah Ermənistandan Xankəndiyə əsgərlər, silah-sursat göndərilir, gah yürüş keçirilir, gah rus dilinin dövlət dili kimi elan olunması kimi fantastik qərarların qəbuluna cəhdlər göstərilir”.

Siyasi şərhnin sözlərinə görə, bir güllə atəş açan tərəfə biz 100 güllə ilə cavab verməliyik.

Zəngilan və Qubadlı istiqamətində törədilən təxribat zamanı da Rusiya tərəfi Azərbaycandan xahiş edib ki, ermənilər sərxoş oldurları üçün bizə də atəş açıblar və siz atəş açmayın. Hesab edirəm ki, Rusiya sülhməramlılarının bu cür xahişlərinə Azərbaycan tərəfi əhəmiyyət verməməlidir. Çünki biz Qarabağ hadisələrində gördük hər şey necə başladı. Bizim kiçik hesab etdiyimiz məsələləri ermənilər böyütdülər və nəticə göz qabağındadır. Biz bu münaqişənin davam etməsindən 30 il çox böyük əziyyət çəkdik. Bu baxımdan hesab edirəm ki, ermənilərin çox kiçik bir hərəkətinə, addımına biz çox ağır şəkildə, dərhal və qətiyyətlə cavab verməliyik.

Əvvəllər ermənilər hücumda idilər. Addımlar atırdılar, təxribatlar törədirdilər və biz cavab vermək məcburiyyətində qalırdıq. Hazırda isə Azərbaycan hücumdadır və Ermənistan hər dəfəsində cavab verməklə məşğuldur. Bu bizim ordumuzun, diplomatiyamızın üstünlüyüdür və bu şəkildə davam etməlidir. Mən hələ ermənilərdən çox təxribatlar gözləyirəm. Biz cəmiyyət, ordu olaraq hər zaman buna hazırlıqlı olmalı, onların dərsini verməliyik”.

Leyla Mirzə

Paylaş »
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› “Azərbaycan qüvvələri geri çəkilmək fikrində deyil” - Aram Melkonyan
Son xəbərlər
Bütün xəbərlər »