Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan Zəngəzurda necə biabır oldu...
Paşinyan Zəngəzurda necə biabır oldu...

Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur haqda fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanı çox təşvişə salıb. Hökumət rəhbəri tələm-tələsik ermənilərin Sünik vilayəti adlandırdığı tarixi torpaqlarımıza səfər təşkil edib. Paşinyan səfər zamanı Şurnuxu kənd sakinlərindən birinin evinə icazəsiz girib, beləcə, böyük qalmaqala səbəb olub.

Bizimyol.info xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan məsələyə münasibət bildirib. O, Paşinyanın düşdüyü vəziyyəti iyrənc epizod adlandırıb.

“Mən baş naziri belə alçaldıcı vəziyyətdə görmək istəməzdim. Belə görürəm ki, baş nazirin insan haqları barədə təsəvvürü quldarlıqdan fərqlənmir”.

Koçaryan bildirib ki, Paşinyan insanlara heç hörmət etmir. Onun fikrincə, əks halda baş nazir gec saatlarda qadın yaşayan evə soxulmazdı.

Paşinyanın Zəngəzur səfərində əsl biabırçılıq yaşanıb. Onu Azərbaycanın qədim yaşayış məskənlərindən olan Əkərəkdə lap pis qarşılayıblar. Baş naziri satqın adlandırıblar, “Nikol, çıx get” sədaları uzun müddət səslənib. Ümumiyyətlə, Paşinyanın ünvanına çoxlu söyüş eşidilib. Axırda asayiş keşikçiləriylə sakinlər arasında qarşıdurma yaşanıb. Paşinyan ara qarışdığından, Mehriyə və Qaçarana səfərlərdən imtina edib.

Baş nazir paytaxta qayıdandan sonra hüquq-mühafizə orqanlarına etirazçıları cəzalandırmağı tapşırıb. Paşinyan Əkərəkdəki hadisədən çox sarsılıb.

Sərhədlərin demarkasiyasından sonra Şurnuxu kəndinin bir hissəsi Azərbaycana qaytarılıb. Paşinyan da məhz Ermənistan tərəfdəki hissədə qalmaqal yaşayıb. Onun evə soxulması sahibənin xoşuna gəlməyib. Qadın buna kəskin etiraz edib. Paşinyan məqsədinin buradakı vəziyyəti öyrənmək olduğunu deyib. Evin sahibəsi isə hökumətdən böyük narazılıq ifadə edib. Qadın deyib ki, azərbaycanlılar çox yaxındadır. O, hökumət təmsilçilərinin kənd sakinləriylə maraqlanmadığını bildirib.

Şurnuxuda baş verən hadisə sosial şəbəkələrin Ermənistan seqmentində böyük müzakirəyə səbəb olub. Baş nazir ciddi qınanılıb. Həmin yerdən olan foto və videolar xeyli paylaşılıb. Sosial şəbəkə istifadəçiləri Paşinyanı bacarıqsızlıqda və qətiyyətsizlikdə ittiham edib. Bundan sonra məsələ bir az da böyüyüb. İrəvanda Paşinyan əleyhinə növbəti etitaz aksiyası keçirilib.

Son xəbərlər
Bütün xəbərlər »