Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
Krım, Ukrayna

Rusiya-Ukrayna gərginliyi azalmağa başlayıb. Kreml Ukrayna ilə sərhəddə hərbi təlimləri dayandırıb. Rusiya qonşusu ilə sərhəddən qoşunu geri çəkmək qərarı verib.

Bizimyol.info xəbər verir ki, şimal dövlətinin Müdafiə naziri Sergey Şoyqu cənub və qərb hərbi dairələrindəki yoxlama tədbirlərini qəfil saxlamaq fikrinə düşüb. Hökumət nümayəndəsi bütün hədəflərə çatdıqlarını bildirib.

“Ordu ölkə üçün etibarlı müdafiə qurduğunu göstərdi. Buna görə də yoxlama tədbirlərini bitirmək qərarı xoşdur”.

Müdafiə naziri Baş Qərargaha aprelin 23-dən daimi dislokasiya yerinə qayıtmaq əmri verildiyini söyləyib. Mayın 1-nə qədər Ukrayna ilə sərhədə cəlb olunmuş 41-ci və 58-ci ordu qüvvələri geri qayıdacaq.

Şoyqu qoşunların daimi dislokasiya yerinə qaytarılması zamanı heç bir problemin ortaya çıxmayacağı haqda əminliklə danışıb. Müdafiə naziri deyib ki, ümumi təhlükəsizliyə ciddi nəzarət olunacaq.

Postsovet ölkələrinin sərhədində baş verənlərin fonunda Ukrayna prezidenti Vladimir Zelenskinin partiyasının Radada lideri sayılan David Araxamiyanın ABŞ mətbuatında yer almış fikirləri böyük maraq doğurur. Gürcü əsilli deputat Qərbdən böyük gözləntilər olduğunu bildirib.

“Rusiya bizim ölkə üçün böyük təhlükədir. Xalq Krım və Donbass işğallarına dözür. 14 mindən çox ukraynalı həlak olub. Amma unutmaq olmaz ki, Rusiya təkcə Ukrayna üçün təhlükə deyil. Bizim bölgədə başqa demokratlar üçün də təhdid vəziyyəti yaranıb. Bizim ölkənin müdafiəsində ABŞ-ın humanitar və hərbi dəstəyi böyük rol oynayır. Birləşmiş Ştatların güclü dəstəyi olmasaydı, Ukrayna və qonşuları daha ağır vəziyyətə düşərdi”.

Araxamiya beynəlxalq ictimaiyyətin üzərinə düşən məsuliyyətdən də söz açıb. O, Qərbdən Krım və Donbassın geri qaytarılması üçün ciddi addım gözlədiklərini gizlətməyib.

Aprelin 22-də baş verənlər çox maraqlıdır. Bəs Rusiya niyə geri addım atmaq qərarına gəldi? Hər şeydən əvvəl ABŞ prezidenti Co Baydenin rus həmkarı Vladimir Putinlə görüş ehtimalını nəzərə almaq lazımdır. Bayden sələfi Donald Tramp kimi Kremllə yumşaq danışmaq fikrində deyil. Putin nə qədər qaşlarını çatsa da, qəzəbli açıqlamalar versə də, Ukrayna ilə növbəti qarşıdurmanı düşünmür. Əksinə, indiki vəziyyəti qorumaq lazımdır. Nəzərə alınmalıdır ki, Ukraynanın Qərbdən gözləntiləri çoxdur. Araxamiyanın ifadələrini dolayısıyla Zelenski dilə gətirir. Kiyev torpaqları əbədi olaraq Ruisyaya bağışlamayıb. Qərb Kremlə heç bir halda uduzmaq istəmir. Hətta Böyük Britaniya belə, bölgəyə qoşun yeritməkdən çəkinmir. Putin beynəlxalq ictimaiyyəti Kremli qıcıqlandırmamaqla hədələsə də, özü Qərbi hövsələdən çıxarmaqdan ehtiyat edir.

Paylaş »
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Ter-Petrosyan: “Robert Koçaryanı dövlət maraqlandırmır, o, yalnız Paşinyandan qisas almağa susayıb”
Son xəbərlər
Bütün xəbərlər »