Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirliyin sabiq əməkdaşlarının ev dustaqlığı daha 3 ay artırıldı
Məhkəmə

Xarici İşlər Nazirliyinin sabiq əməkdaşlarının ev dustaqlığı daha 3 ay artırılıb.

Bizimyol.info xəbər verir ki, Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin İşlər idarəsinin sabiq müdiri Fərhad Molla-zadə, Konsulluq idarəsinin sabiq rəisi Faiq Bağırov və digər vəzifəli şəxsləri Nurupaşa Abdullayev, Səlim Əlizadə və İlqar Əliyevin barələrində seçilmiş ev dustaqlığı qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin olunub və təqsirləndirilən şəxslər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirlərinin müddəti 3 ay uzadılıb.

Təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının Xarici İşlər Nazirliyindən keçirdikləri əməliyyat zamanı saxlanılıb. Onların batrəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb, Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Daha sonra isə məhkəmənin qərarı ilə həmin şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Paylaş »
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› “Azərbaycan qüvvələri geri çəkilmək fikrində deyil” - Aram Melkonyan
Son xəbərlər
Bütün xəbərlər »