Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəstələrə nəfəs satan cəlladlar - “Bu bir şəbəkədir”
Manat - Maaş

Uzun müddətdir ki, Covid-19 diaqnozu qoyulmuş və müalicə almaq üçün xəstəxanalara üz tutan vətəndaşlar orada qarşılaşdıqları özbaşınalıqlardan narazı idilər. Belə ki, onlar sosial şəbəkələrdə paylaşımlar edərək bildirirdilər ki, xəstəxanalarda müacilə almaq üçün onlardan külli miqdarda “haqq” tələb olunur. Xəstə yaxınları həmin məbləği ödəmədikdə isə bildirirlər ki, xəstəxanada yataqlar doludur və onları qəbul edə bilməzlər.

Bu gün “Yeni klinika”nın Baş həkimi korrupsiya faktına görə, həbs edilib. Belə ki, koronavirus xəstələrinin “Yeni klinika” tibb müəssisəsində stasionar müalicə alması üçün yerləşdirilməsi müqabilində 3000-3500 manat məbləğində pul vəsaiti alması faktı təsdiqlənib.

Bunun ardınca isə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayaraq bildirib ki, Oruc Məmmədovun da öz həqiqi təsir imkanlarından istifadə edərək koronavirus infeksiyasına (COVİD-19) yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan şəxsin Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalına yerləşdirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan 4 min manat məbləğində pul vəsaitini almasına əsaslı şübhələr yaranıb.

Koronavirus korrupsiyası təbbi ki, bu iki şəxsin həbsi ilə bitmir. Gerçəklik budur ki, hazırda Azərbaycanda koronavirusdan külli miqdarda gəlir əldə edən həkimlər şəbəkəsi var.

Dövlət pandemiya ilə mübarizə üçün yeni xəstəxanalar, klinikalar inşa edib, dərman preparatlarının pulsuz verilməsi tapşırılıb, müalicə xərcləri büdcədən ödənir, müalicə prosesindəki personala yüksəldilmiş maaşlar verilir və s. Dövlətin bu qədər vəsait ayırdığı bir vaxtda bu mübarizə işinə kölgə salan, xəstəxanalardakı yerləri pulla satan, xəstələrin ailə üzvlərindən rüşvət alan bu dəstə üzvlərinin hər biri öz cəzasını almalıdır.

“Kim korrupsiya ilə məşğul olursa, yaxşı edib onu həbs edirlər”.

Rəşid Mahmudov

Bu fikirləri Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov Bizimyol.info-ya açıqlaması zamanı səsləndirib. Onun sözlərinə görə, bunun başqa yolu yoxdur və bu ölkə düzəlməlidir.

“Mənim oğlum, qızım, qardaşım da olsa, əgər korrupsiyaya qarışıbsa, o cəzalandırılmalıdır. Şəhərdə “n” qədər villalar tikilib. Hansı pullarla? Onların əlindən pulları, villaları alınıb büdcəyə köçürülməlidir. Onlara da mənə verdikləri qədər maaş verilməlidir. Görək onda necə yaşayacaqlar?!”-deyə bildirib.

Adil Qeybulla Adil Qeybulla

Tibbi ekspert, professor Adil Qeybulla Bizimyol.info-ya bildirib ki, bu dövlətin pandemiya ilə mübarizə siyasətinə zərbədir.

“Bu çox biabırçı haldır. Əslində xeyli müddətdir ki, bu cür söhbətlər gəzirdi. Bu çox ciddi məsələdir və xeyli tədbirlər görülməlidir. Pandemiya dönəmində, dövlətin bu qədər vəsait ayırdığı bir vaxtda bu mübarizə işinə xeyli kölgə saldı. Dövlətə olan etimadı zəiflətdi. Bir tərəfdən vəsait ayrılır digər tərəfdən isə ayrı-ayrı insanların koorporativ maraqları üçün qeyri-qanuni yollarla camaatdan bu məbləğlərdə vəsait toplanır. Çox narahatedici və ciddi məsələdir.

Yadınızdadırsa, ikinci dalğada pulsuz verilməli olan dərmanların qiymətləri hansı səviyyəyə qalxmışdı. Hesab edirəm ki, bu tədbirlər çoxdan görülməli idi. Bu işlə məşğul olanlar ayrıca fərdlər deyil. Hesab edirəm ki, bu bir şəbəkədir və bu işə rəhbərlik edənlər də məsuliyyət daşıyırlar”.

Leyla Mirzə

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »