Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin müdafiə naziri Ermənistana çağırış edib
Hulusi Akar

“Həqiqətən də tarixə faktlara əsaslanan yanaşma ilə maraqlananlar, ABŞ-ın Vaşinqtondakı Milli Arxivlər və Qeydlər Agentliyində (NARA) general Harbordun məruzəsini tapa bilərlər. Hesabatın surətləri o vaxt Ağ Evə və Senata göndərilib”.

Bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-ın “RealClearDefense” jurnalında 1915-ci il hadisələrinə dair çap olunan məqaləsində bildirib.

Türkiyəli nazir xatırladıb ki, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 2005-ci ildə (Ərdoğan 2005-ci ildə Türkiyənin Baş naziri olub-red.) Ermənistan Prezidentinə məktub göndərərək tarixçi-alimlərdən ibarət birgə komissiyanın yaradılmasını təklif edib.

“Bu komissiya tədqiqatlarını Türkiyə, Ermənistan və digər üçüncü ölkələrin arxivlərində aparmalı və nəticələri beynəlxalq ictimaiyyətə təqdim etməli idi. Məsələni akademik şəkildə araşdırmış biri olaraq bu təklifin hələ də qüvvədə olduğunu söyləməkdən məmnunam. Amma təəssüf ki, Türkiyə bu təklifə hələ bir cavab ala bilməyib və Ermənistan öz arxivlərini açmayıb.

Bəlkə də Ermənistan rəhbərləri Türkiyənin Ermənistana göndərdiyi mesajları dinləyə bilər. Əgər onlar sülhə investisiya qoymağı seçsələr, bütün region üçün siyasi və iqtisadi dividentlər yüksək olacaq. Türkiyə ABŞ kimi müttəfiqləri də daxil olmaqla, üçüncü ölkələrin bu yeni yanaşmanın reallaşmasına kömək etmələrini və ya tarixi bir mübahisəni siyasiləşdirmək cəhdlərindən çəkinmələrini istərdi”, - deyə H. Akar vurğulayıb.(apa)

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Sərhəddə silahlı insident: iki hərbçimiz şəhid olub
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
Son xəbərlər
Bütün xəbərlər »