Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Partiya sədrindən Şuşa ilə bağlı maraqlı təklif
Şuşa şəhərinin havadan görüntüsü - Video

Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) sədri Anar Əsədli təklif edir ki, rusların Xankəndində 9 may qələbə Paradı planlarına qarşılıq vermək üçün mayın 8-də Rusiyanın müstəmləkə zülmündən əziyyət çəkən Gürcüstan, Ukrayna və Moldova, bizə dost olan, haqlı savaşımızda yanımızda duran Pakistan və İsrail dövlətlərinin, eləcə də Türk Dövlətləri Birliyinin müdafiə nazirlərini Şuşaya dəvət etmək lazımdır.

“Məqsəd savaş başlarkən döyüşü uduzsaq da, illər sonra əzmlə qələbə qazana bilən xalq olduğumuzun simvolu olmasını göstərməkdir. Mayın 8-də Şuşanın işğalı günündə bu tablodan sonra 9 Mayda Xankəndidə parad keçirmək istəyənlər bir daha düşünsünlər”,- deyə partiya sədri qeyd edib.

Anar Əsədli Anar Əsədli

Xatırladaq ki, AY Partiya Qarabağdakı Rusiya sülhməramlılarının mayın 9-da keçirməyi planlaşdırdıqları hərbi paradla əlaqədar etiraz bəyanatı verib.

Sülhməramlılar kontingenti əsla hərbi baza statusunda deyil. Nəzərdə tutulan hərbi parad planı Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəhbərliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə razılaşdırılmalıdır. Əks halda, belə bir tədbir birbaşa Azərbaycanın suverenliyinə hörmətsizlik və hücum kimi qiymətləndirilməlidir. Etirazlara baxmayaraq, parad keçirilərsə, tədbirdə erməni silahlı birliklərinin və dəstələrinin nümayəndələri, qondarma rejimin bayraqları olarsa bu torpaq bütövlüyümüzə qarşı addım kimi qiymətləndiriləcək.”,- deyə bəyanatda qeyd edilir.

İlhamə Rəsulova

Paylaş »
››› Hadrutun hazırkı durumu: “Azərbaycanlı hərbçilər burada futbol oynayır” – Rusiya mətbuatı
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »