Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
“Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə verib. Azərbaycan Prezidentinin fikirləri, o cümlədən Zəngəzura qayıdışın anonsu Ermənistanda ciddi narahatlıq yaradıb.

Dövlət başçısı bildirib: “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.  Prezidentin bu çıxışı əslində yeni bir müharibənin anosudurmu?

Son zamanlar erməni rəsmilrinin Zəngəzura səfərləri intensivləşib. Ermənistanın baş naziri Nikol Paşinyan anadan olduğu Zəngəzur bölgəsinə səfəri isə pis nəticələnib,  o səfər zamanı öz  xalqı tərəfindən qovulub, ”xain”, “satqın” kimi ifadələrlə təhqir edilib.

Paşinyan isə əhalini sakitləşdirmək  üçün  “əsirlər geri verilməyincə Zəngəzur dəhlizini açmayacağıq”  vədi verib. Siyasi şərhçi Ceyhun Əhmədli bizimyol.info-ya verdiyi açıqlamada qeyd edib ki, Paşinyan seçkilərə qədər əhali arasında özünə rəğbət toplamaq üçün publikaya oynayır.

Ceyhun Əhmədli Ceyhun Əhmədli

“Son zamanlar erməni rəsmiləri Zəngəzura dayanmadan səfər edirlər.  Ürəkləri orada döyünür. Azərbaycan Prezidentinin çıxışları  onu izləyən hər kəsdə  aktivləşməyə səbəb olur.Hətta ABŞ-ın Ermənistandakı səfirliyinin nümayəndələri belə  Zəngəzura səfər ediblər.

Paşinyan indi təəssürat yaradır ki, guya  nə Rusiyanın, nə Türkiyənin,  nə Azərbaycanın istədiklərini etməyəcək. Amma reallıq başqadır. Onla Rusiya prezidentinin imza atdığı bir sənədə qarşı çıxa bilməzlər onların buna sadəcə cəsarəti çatmaz. Bu Ermənistanın Rusiyaya qarşı demarşı olardı. Azərbaycan Prezidentinin dediyi kimi  o istəsə də istəməsə də biz bunu edəcəyik. Ona görə Paşinyanın   vədləri populist çıxışlardan başqa bir şey deyil. İlham Əliyevin də dediyi kimi, Ermənistan istəsə də, istəməsə də bu bəyanatdan irəli gələn öhdəliklərə əməl etməli olacaq. Beynəlxaql müqavilələr icra edilməlidir. İndi biz Ermənistana hələlik şans veririk. Amma Zəngəzur dəhlizi açılmasa hərb yolu ilə təzyiq etməyimiz istisna deyil. Biz müharibəni müəyyən şərtlər daxilində dayandırmışıq. Bu dəhlizin açılmasında beyəlxalq aləmin də maraqları var. Bu dəhliz türk dünyasının birləşməsi  üçün vacibdir, coğrafi bağ yaradacaq. İkinci Şərqdən Qərbə uzanan ticarət  yolu  üçün alternativ xətt  olacaq. Daha asan və daha qısa. Bu dəhliz yeni-yeni münasibətlər formalaşdıracaq. İnteqrasiya yarımçıq olmuşdu. Bu dəhliz yalnız bizi Türkiyəyə yox, Ermənistanı İrana, Rusiyaya birləşdirəcək. Bu dərinləşmiş inteqrasiya prosesi olacaq. Məhz buna görə Prezident İlham Əliyev 6 tərəfli əməkdaşlıq formatı təklif edir. İndi top Ermənistandadır”,- deyə siyasi şərhçi qeyd edib.

O qeyd edib ki,Seçkilərdən sonra Paşinyan bu yolun açılması ideyasını dəstəkləməyə bilməz. “20 iyun seçkilərindən sonra  çox  dəyişikliklər ola bilər. İndi dünyanın hər tərəfdən hücumuna məruz qalmış Rusiyanın özü də müharibələri8n başlanmasında maraqlı deyil. Baxmayaraq ki, o müxtəlif təhdidlər səsləndirir. İkinci bir yandan dünya Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının nəticələrini maraqla izləyir, çəkilib kənara, Rusiya bu işləri bacarmasa özünü  nüfuzdan salmış olacaq həm də Ermənistana təsirini itirəcək”,- deyə o qeyd edib.

Rusiyanın həmişə dostum dediklərinin kürəyinə bıçaq saplaması siyasi  xəttinə çevrilib. Ən son anda hansısa  təxribatla aranı qarışdırıb, diqqətləri yayındırmağı, oyunun gedişatını dəyişməyi bacarır. Söz yox ki, pərdənin arxasında həmişə  “ İskəndər”lə hədə dayanıb.

Azərbaycan isə yerində dayanmayıb. Ermənilərin başı  müharibədən sonrakı yaraları sarımağa qarışmışkən biz artıq Qarabağda quruculuq işlərinə start vermişik. Çünki  vətən bizimdir Milyonlar sərf edirək, ərazilərin minalardan təmizlənməsi ilə məşğuluq. Dəyişən dünyaya daha   abad  yollarla qədəm basmaq  üçün.

 İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »