Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…

Türkiyədən Rusiyaya, Mərkəzi Asiyaya gedən yük maşınlarına 700 dollar tələb qoyulması ilə bağlı məsələ son günlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Türkiyənin bəzi daşımalarında məsul olan şəxslər çox narazıdırlar ki, Azərbaycan ərazisinə daxil olmaq üçün əlavə rüsumlar ödəməliyik. Ümumilikdə götürsək biz gömrük daxilolmaları hesablabına gəlirlərimizi artırmalı, iqtisadiyyatımıza təkan verməliyik yoxsa, daxilolmalarda güzəştlər tətbiq etməliyik?

İqtisadçı Radil Fətullayev Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Nazirlər Kabinetinin beynəlxalq yükdaşımaların icazə alınması ilə bağlı əsasnamə və həmçinin Azərbaycan Respublikasında tranzit yükdaşımaların tənzimlənməsi ilə bağlı qanun var.

Radil Fətullayev Radil Fətullayev

“2021-ci ildə qəbul olunmuş dövlət rüsumu haqqında qanuna əsasən ölkə ərazisində transit yükdaşımaları, sərnişin daşınması ilə bağlı qeyd olunur ki, ölkəyə giriş-çıxış edən beynəlxalq avtomobil daşıyıcıları müəyyən olunmuş kvotadan artıq məbləğdə yük daşıyarlarsa, o zaman müəyyən rüsum ödəməlidirlər. Bu qanunun 24-cü maddəsi ilə tənzimlənir. Orada qeyd olunur ki, keçid, giriş haqqı 100 dollardır və əgər yüklü mal daşıyarlarsa, 600 dollar da əlavə olunacaq və ümumi 700 dollar ödəniləcəkdir. Həmin qanunun 25-ci maddəsində qeyd olunur ki, 1 iyun 2016-cı ildən başlayaraq 3 il müddətində bu rüsumlar azad edilmişdir. Yəni,qanunla belə görsənir ki, 2019-cu ilin iyun ayına qədər bu rüsumlar tutulmayıb”.

İqtisadçı onuda vurğulayıb ki, kvotanı xarici karqo şirkətləri Rabitə və Yüksək Texnologiyalar nazirliyindən almalıdırlar.

“Əgər o, kvotadan artıq olarsa, bu məbləğlər tətbiq olunacaq. Qanun 25-ci maddəsində qeyd olunur ki, Azərbaycanın yük daşıyan avtomobillərinə digər dövlətlər bu qanunla müəyən edilmiş rüsumdan əlavə rüsum tətbiq edərlərsə, o zaman bizim dövlətimiz də bu rüsumları tətbiq etməyə başlayacaq.

Mən belə qənaətə gəlmişəm ki, bu, kvotanı aşa bilməyən şirkətlərə tətbiq olunur. Bəzi karqo şirkətləri ilə maraqlandım və onlar bildirir ki, çox yük daşıdıqları zaman müəyyən güzəştlər var və onlar 700 dollar deyil, daha aşağı məbləğ ödəyiblər. Amma qanunun tələbi ondan ibarətdir ki, ölkə ərazisindən keçərək üçüncü ölkəyə daşıma aparan müəssisələr hər biri icazə üçün 600 dollar ödəməlidirlər”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »