Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DYP sosial şəbəkələrdə yol polisi ilə bağlı yayılan narazılıqlara cavab verib
DYP - Dövlət Yol Polisi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bəzi şəxslərin sosial şəbəkələrdə yol-patrul xidmətinin fəaliyyətini düzgün aparmaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bizimyol.info xəbər verir ki, BDYPİ-dən verilən məlumata görə, son vaxtlar bəzi şəxslər sosial şəbəkələrdə yol-patrul xidməti əməkdaşlarının patrul avtomobillərini görünməyən yerlərdə dayandıraraq qayda pozuntularını aşkar etmələrindən narazılıq edirlər.

"Görünür məsələyə bu şəkildə yanaşanlar DYP-nin əsas funksiyalarından xəbərsizdir. Belə ki, "Yol hərəkəti hаqqındа" Аzərbаycаn Rеspublikаsı Qаnununa, еləcə də DYP-nin хidməti fəаliyyətini nizаmlаyаn normаtiv hüquqi аktlаrın tələblərinə əsasən, yol hərəkətinə nəzаrəti həyаtа kеçirən DYP əməkdаşlаrının vəzifəsi xidmət apardığı yol sahəsində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görmək, qayda pozuntularını vaxtında aşkar edib təqsirkar şəxsləri inzibati məsuliyyətə cəlb etmək və bu kimi qabaqlayıcı tədbirlərlə baş verə biləcək ağır yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.

Odur ki, patrul avtomobillərindəki xüsusi texniki vasitələrin köməyi ilə inzibati xəta hadisələrinin aşkar edilməsi də yol-patrul xidməti əməkdaşlarının vəzifə borcudur. Eyni zamanda, yollarda hərəkətin təhlükəsizliyi baxımından bütün sürücülərin qaydalara riayət etməsi məhz onların özləri və avtomobildə daşıdıqları sərnişinlərin həyat və sağlamlıqlarının qorunması üçün olduqca vacibdir", - deyə qeyd olunub.

Paylaş »
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› Rusiya daha 5 ölkə ilə uçuşları bərpa edəcək
Son xəbərlər
Bütün xəbərlər »