Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
Kreml, Moskva, Rusiya

Çexiya Parlamenti Senatı (yuxarı palatası - Red) hökuməti Rusiya Federasiyası ilə mövcud olan dostluq və əməkdaşlıq müqaviləsini ləğv etməyə, Rusiyanın Çexiyadakı səfirliyinin işçilərinin sayını mümkün qədər azaltmağa və səfiri tək saxlamaqla bağlı çağırış edib.

“Report”un məlumatına görə, bu barədə “ÇTK” xəbər agentliyi xəbər yayıb.

Senat üzvləri 2014-cü ildə Rusiya xüsusi xidmət orqanlarının iştirakı ilə törədilən Vrbetitsadakı hərbi anbarlardakı partlayışı Avropa Birliyinə üzv dövlətlərdən birinə qarşı dövlət terror aktı dəyərləndirib.

Bundan əlavə, Çexiya parlamentinin yuxarı palatası Nazirlər Kabinetinə Vrbetitsadakı hadisə ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasının iclasına çıxarmağı, Avropa Birliyi və NATO-nun rəhbər qurumları tərəfindən baxılması üçün addımlar atılmasını tövsiyə edib.

Bildirilib ki, Çexiya hökuməti bu təşkilatlara (NATO və Avropa İttifaqı - Red) üzv olmaqla ölkəyə verilən bütün imkanlar və vasitələrdən istifadə etməlidir.

Paylaş »
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ter-Petrosyan: “Robert Koçaryanı dövlət maraqlandırmır, o, yalnız Paşinyandan qisas almağa susayıb”
Son xəbərlər
Bütün xəbərlər »