Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Restoranlarda bahalı iftar süfrələri: Belə orucun savabı qalırmı...
Ramazan ayı, məscid

Hazırda müsəlmanların müqəddəs ayı olan Ramazan ayını yaşayırıq. Ramazan ayının ilk günündən bəri iftar vaxtı restoranların qarşısında növbələrin yarandığının şahidi oluruq. Hər bir restoranın isə iftar menyusunun çeşidləri və qiyməti fərqlidir. Məsələn, “Panoramic”da 25 manat, “Teleqüllə Baku” da 2 nəfər üçün 55, 3 nəfər üçün 75 manat, “Neshve”də 14,90 manat, “Biz-Bizə”də 29 manat, “Sahil bar&restuarat”da isə iftar menyusunun qiyməti 19 manatdır.

Apardığımız araşdırmadan belə qənaətə gəlmək olur ki, restoranlarda adambaşı iftar süfrəsinin qiymətləri 15-30 manat arası dəyişir. Hotellərin restaranlarında isə qiymətlər daha yüksəkdir. Oruc kasıbın halını anlamaq üçün tutulursa, təmtəraqlı iftar süfrəsinə bu qədər pul xərcləmək nəyə lazımdır? Bu israfçılıq deyilmi? Həmin süfrələrdə iftar açan insanların orucunun savabı qalırmı?

Rəsul Mirhəşimli Rəsul Mirhəşimli

İlahiyyatçı Rəsul Mirhəşimli Bizimyol.info-ya açılaması zamanı bildirib ki, bir çox hallarda Ramazan orucu ilə bağlı danışılan zaman “kasıbın halından anlamaq üçün” tutulaması ifadəsini işlədirlər və bununla bağlı bəzi mənbələrdə, hədislərdə göstərilib amma orucluq kasıbın halını anlamaq üçün edilən ibadət deyil.

“Elə olan halda gərək kasıblar oruc tutmasınlar. Oruc elə ibadətdir ki, hikməti başqa ibadətlərdən bir qədər fərqlidir. Çünki oruc tutan adamın həqiqətən oruc olub-olmamasını Allahdan başqa kimsə bilməz. Bir adam niyyət edər ki, oruc tuturam və bunu camaata göstərmək istəyər, amma Allahdan başqa heç kim bilməz ki, o xəlvətdə yeyir ya yemir.

Bahalı iftar süfrələrinə gəldikdə isə onu deyə bilərəm ki, bu israfçılıqdır. İsrafla bağlı “Qurani-Kərim”də də ayələr var. Allah buyurur ki, “malınızdan yeyin-için amma israf etməyin”. Hətta ayələrdən birində bildirilir ki, Allah israf edənləri şeytanın qardaşlarından sayır.

İlahiyyatçının sözlərinə görə, iftar süfrələri elə açılmalıdır ki, orada sosial təbəqələşmə aparılmasın.

“İfrat süfrələri imkansız insanların, imkanlılarla birgə oturub iftar etməsinə xidmət etməlidir. Çünki oruc o ibadətlərdəndir ki, onun mükafatını yalnız Allah özü verəcək. Bütün ibadətlər Allaha xatir gerçəkləşdirilməlidir. Özünü kiməsə göstərmək, var-dövlətini nümayiş etdirmək lazım deyil”.

Leyla Mirzə

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »