Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Tıq-tıq” nağıllarını Tiktok rüsvayçılığı əvəz edəndən sonra..
Zaur Baxşəliyev,

 "ATV" televiziya kanalında yayımlanan "Bizimləsən" proqramı dəvət olunan vətəndaş tərəfindən efirdə səsləndirilən faktlara görə kanal cəzalandırılıb.

MTRŞ "ATV" televiziya kanalı yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən proqramların onların baxa biləcəyi vaxtda göstərilməsinə görə kanalın yayımı bu gün cəmi 3 saatlıq dayandırılıb.

Bura qədəri anlaşıldı... Amma sual yaranır. MTRŞ bu günə qədər hara baxırdı və indi hara baxır? 3 saat bitəndən sonra nə olacaq ki?..

Kanal rəhbərliyinin cibi pul görsün deyə xalqda mənəviyyat qalmadı, Qarabağ meşələri kimi kökünü kəsdilər, od vurdular axı. Kimlərinsə ailə həyatını yalandan kömək adıyla efirdə işıqlandırıb reytinq toplamaq məhəllə qeybətinin yeni efir formatıdır. Bu biabırçılıqlara niyə son qoyulmur? Bu tipli proqamlar xüsusilə rayon yerlərində maraqla izlənilir. Hərə bir qab tumu alıb qoyur qabağına, başlayırlar Əli kişinin gəlininin qonşuya qoşulub qaçmasını, Vəli kişinin öz gəlininə sataşmasını, filankəsin başqa “əxlaq” macəralarını müzakirə eləməyə. Axırda da qulaqlarını çəkib, “tfu, bizdən uzaq olsun” deyib taxtalara döyürlər. Bizdən uzaq-filan da olmur...

Əvvəllər Xəzər TV-də, indi isə ARB kanalında yayımlanan Zaur Kamal proqramlarının məzmunu barədə bunu demək olar: Pulunu verib biabır olmaq! Adam bəlkə 20 ildir efirlərdədir. Nə olar tamaşaçıya az da olsa, hörmətlə yanaşmağı öyrənsə. Yoxsa bu onun imicidir? Hər nədirsə, sevimsiz görünür.

Özəl kanalların əksəriyyəti dönüb olub “ət bazarı”. Ya pulunu verib özünü bir nömrə adlandıran həkimlərdir, o qədər xəstəlikdən danışıblar ki, sağ adam tapmaq çətin olub. Ya mətbəx proqramlarıdır, yeyib-içib sonra da dietoloq axtarırlar, ya da efirə çıxıb məşhurlaşmağı planlaşdıran şou-biznes nümayəndələrini bir-birinə qırdıran əcaib-qəraib aparıcılar. Ya da öz evlərində qonaqlıq təşkil edirlər, sadəcə, bir qonaqlıq səviyyəsində söhbətlər edirlər, hərdənbir mahnı oxuyurlar və camaatı da buna baxmağa çağırırlar. Hələ zərrə qədər kinemotoqrafiya elementləri olmayan serialları demirik...

Kimin pulu var efir vaxtı alır. Önəmli deyil aparıcılıq qabiliyyəti var ya yox. Ağzını açanda yerə nə dağıdır?

Bizdə məmurlar yeyib-dağıdıb talan edəndən sonra tutulur. Kanallarımız da mənəviyyatımızı dağıdıb talan edib. Ora baxıb gör-götür edən uşaq hansı tərbiyə ilə böyüyür, bu haqda düşünən çox az adam var. Tıq-tıq nağılları ilə böyüyənləri Tiktok sərsəm elədi, internetə əli çatmayanları da efirdən nə izləyiciyə, nə özünə hörmət qoymağı bacarmayan, bu barədə anlaşyışı belə olmayan proqram aparıcıları. Soyqırım gedir. Bu dəfə öldürülən azərbaycançılığımızdır.

İlhamə Rəsulova

Paylaş »
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ter-Petrosyan: “Robert Koçaryanı dövlət maraqlandırmır, o, yalnız Paşinyandan qisas almağa susayıb”
Son xəbərlər
Bütün xəbərlər »