Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin yenə Qarabağda müharibəni dayandırmaqda həlledici rolunu vurğuladı
Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin bu gün Federal Məclis qarşısında xalqa müraciəti zamanı Dağlıq Qarabağda münaqişənin dayandırılmasında “həlledici rolunu” vurğulayıb.

Virtualaz.org xəbər verir ki, Putin Rusiyanın geniş beynəlxalq əməkdaşlıq üçün açıq olduğunu deyib.

“Artıq Suriyada vəziyyətin stabilləşməsi üçün çox iş görülüb, Liviyada siyasi dialoq qurulub. Rusiya Dağlıq Qarabağ rayonunda silahlı münaqişənin dayandırılmasında başlıca rol oynayıb”,-o bildirib.

Putin Rusiyaya münasibətdə “özündənrazı və eqoist ton” istifadə edənlərə də xəbərdarlıq edib, belələrinə cavab vermək üçün Moskvanın imkan tapacağını deyib.

“Əgər kimsə dialoq aparmaq istəmirsə, eqoist və özündənrazı ton seçirsə Rusiya həmişə öz mövqeyini qorumaq üçün yol tapacaq”,-Putin bildirib. O, Rusiyanı hədəfə almaq cəhdlərini ironiya ilə “yeni idman növü” adlandırıb.

“Bəzi ölkələrdə belə pis adət yaranıb-istənilən bəhanə ilə, tez-tez isə ümumiyyətlə bəhanəsiz Rusiyanı hədəf alırlar. Hansısa idman növüdür-görək kim daha bərkdən nəsə deyəcək”,-o deyib.

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Lavrovun Bakı səfəri: Nə verib, nə alacaq?
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Azərbaycan NATO üçün tranzit rolunu oynayacaq - Danışıqlar gedir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Putin silahlarla bağlı göstəriş verdi
Son xəbərlər
Bütün xəbərlər »