Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərb mətbuatı: “Türk dronları Azərbaycana qələbə gətirdi”

Türkiyənin pilotsuz uçuş aparatları inanılmaz şöhrət qazanıb. Elə həftə olmur ki, dünya mətbuatında türk dronlarını tərifləyən yazı dərc edilməsin. Bu dəfə İspaniya mətbuatı “Bayraktar”a diqqət ayırıb.

Bizimyol.info xəbər verir ki, “El Periodico” Türkiyənin silahlı pilotsuz uçuş aparatlarından yazıb. İspaniya qəzeti “türk dronları dünyanı fəth edir” ifadəsinə yer verib. “El Periodico” yazıb ki, “Bayraktar TB2” Türkiyə ordusunun tacında brilyantdır.

Heç elə olmayıb ki, türk dronlarının uğurundan yazılsın, amma Qarabağ müharibəsi yaddan çıxsın. İspaniya qəzeti də “Bayraktar”ın ən böyük uğurunu unutmayıb. “El Periodico” türk dronlarının Azərbaycana qələbə gətirdiyini xüsusi vurğulayıb.

“Suriyada Əsəd rejiminin hücumunun qarşısını məhz “Bayraktar” aldı. Liviyada Xəlifə Həftarın qüvvələrini Türkiyənin pilotsuz uçuş aparatları dayandırdı. Qarabağdakı müharibədə də Azərbaycanın qələbəsini bu dronlar təmin etdi”.

Navarra Universitetinin professoru Mikael Tançum “El Periodico”ya açıqlamasında Türkiyə hərbi sənayesinin həm də düzgün kadr siyasəti nəticəsində böyük uğur qazandığını bildirib. Onun sözlərinə görə, hər ölkə bu yolu keçməyə hazır deyil.

“Bayraktar TB2” ilk rəsmi uçuşunu 2019-cu ilin avqustunda həyata keçirib. Amma sınaq uçuşları bundan xeyli əvvəl baş tutmuşdu. 2007-ci ildə Türkiyə Müdafiə Sənayesi Xidməti hər hansı dəstək olmadan Taktik Pilotsuz Uçuş Aparatı Sisteminin İnkişaf Proqramını hazırlamışdı. Bu, dronların istehsalında çox vacib rol oynamışdı.

“Bayraktar TB2”-nin başqa dron növlərindən xeyli üstünlükləri var. Pilotsuz uçuş aparatı 12 saatdan artıq havada qalır. 18 min funt yüksəkliyə baş vura bilir. “Bayraktar TB2” tank əleyhinə raketlər və hava bombaları da daşıyır. Səmada uzun müddət qalmaq qabiliyyəti davamlı hava növbəsi keçirməyə və hədəfləri müəyyənləşdirəndən sonra raketlər atmaq üçün cəbhə xəttinə sürətlə yaxınlaşmağa imkan verir. Reaksiya müddəti aviasiya ilə müqayisədə çox yüksək olur. Az müddət ərzində mövcud hədəflərə təsirli bir şəkildə müdaxilə etmək bacarığı var.

Paylaş »
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ter-Petrosyan: “Robert Koçaryanı dövlət maraqlandırmır, o, yalnız Paşinyandan qisas almağa susayıb”
Son xəbərlər
Bütün xəbərlər »