Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibə bitib, diplomatik savaş ən qaynar fazaya keçib
Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev

Aprelin 20-də Avropa Şurası Parlament Assambleyasının sessiyasında Almaniya kansleri Angela Merkel deyib ki, dövlətlərin suverenliyinin və bütövlüyünün Krım və Qarabağda olduğu kimi şübhə altına alınması fundamental dəyərlərimizə ziddir.

AŞPA tribunasından Azərbaycana qarşı belə ədalətli çağırışın eşidilməsi gözəl olduğu qədər də heyrətamizdir. Çünki, biz adətən, haqqımızı illər boyu sübut etmək üçün xeyli zəhmət çəkməli olmuşuq.

Politoloq Fikrət Sadıqov bizimyol.info-ya bildirib ki, Angela Merkel sağlam düşüncəli bir siyasətçidir və buna görə dəyişən reallığı dilə gətirməkdən çəkinmir.

Fikrət Sadıqov Fikrət Sadıqov

“Bunu səsləndirən Kansler əlbəttə bilir ki, separatizm Avropda yayılan bir problemdir və Almaniyada da bu yarana bilər. Onun bu çıxışı bizi dəstəkləməsi və mənzərəni obyektiv dəyərləndirməsi deməkdir.

Biz çalışırıq münaqişədən sonra yarım qalmış problemləri həll edək. Buna görə beyin mərkəzləri ciddi iş aparırlar.Biz yeni bir mərhələyə keçmək istədiyimizi bildirmişik”,- deyə politoloq qeyd edib.

“Yeni reallıqdan sonra AŞPA-da bizə qarşı mövcud olmuş kar-kor münasibət dəyişəcəkmi?” sualını cavablandıran Fikrət Sadıqov hesab edir ki, Avropanı qorxudan Türkiyə və Azərbaycanın güclənmiş ittifaqıdır.

“Bu təşkilatda Türkiyəyə ikili standartlarla yanaşma adəti illərdir davam edir. Avropa Şurası yarandığı ildən onun üzvü olan Türkiyə Respublikası bu gün təşkilatdakı açar ölkələrdən biri olmaq funksiyasını qoruyub saxlayır. Bu gün biz bu təşkilat çərçivəsində bir–birimizə olan dəstəyi daha da gücləndirmişik. Bizdən çox şey asılıdır. İndi bizim hücumedici diplomatiyamızdan, aktiv vətəndaş cəmiyyətimizdən çox şey asılıdır. AŞPA-da bizim kifayət qədər təcrübəli diplomatlarımız var. Onlar da münasibətlərin müsbət yolda dəyişməsi üçün əllərindən gələni etməlidirlər. Müharibə bitib, lakin diplomatik savaş ən qaynar fazaya qədəm qoyub. Biz buna sona qədər hazır olmalıyıq”.

İlhamə Rəsulova

Paylaş »
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Ter-Petrosyan: “Robert Koçaryanı dövlət maraqlandırmır, o, yalnız Paşinyandan qisas almağa susayıb”
Son xəbərlər
Bütün xəbərlər »