Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 22 aprel, 2021
Bürclər

Bizimyol.info qoroskop həvəskarlarına 22 aprel, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Hər şey plana uyğun getməzsə, sakit qalmağa çalışın, bəzi işləri ləğv edib görüşlərin vaxtını dəyişdirməlisiniz. Çaşqınlıqdan və qarışıqlıqdan, xoşagəlməz söhbətlərdən, gərgin anlardan qaçmaq mümkün deyil. Ancaq düzgün davransanız, gün ciddi problemlər gətirməyəcək.

Pulla bağlı hər hansı bir məsələni həll edərkən diqqətli olmalısınız. Alış-verişə tələsməmək daha yaxşıdır; plansız alışlar sonradan peşman edə bilər.

Qoç - Komanda işi, səylərə qoşulma, yeni müttəfiqlər axtarışında uğurlu gündür. İntuisiyanız kimə güvənəcəyinizi və kimdən uzaq durmalı olduğunuzu deyəcək. Keçmişdə yaranmış bəzi mürəkkəb vəziyyətləri həll etmək mümkün olacaq. Bəlkə səhv etdiyinizi başa düşəcək və düzəltmək üçün bir yol tapacaqsınız.

Köhnə tanışlarla görüşlər mümkündür. Bir vaxtlar dəyərli olan əlaqələri bərpa etmək şansınız olacaq. Axşam xoş sürprizlər vəd olunur. Gözlənilməz hədiyyələr ala bilərsiniz.

Buğa - Ünsiyyətdə olmaq üçün uyğun gələn bir gündür. Özünüzə diqqət cəlb etmək, yeni tanışların rəğbətini qazanmaq sizin üçün çətin olmayacaq. Hətta kimsə ilk baxışdan sizə aşiq ola bilər. Rəğbətini hələ qazana bilmədiyiniz insanlarla da əlaqə qura bilərsiniz: çox güman ki, bu gün bu insanlar sizi yeni bir anlamda görəcəklər.

Gündəlik işləri yaxşı görəcəksiniz. Yeni işlər çətin ola bilər, amma burada da uğurlu olmaq üçün bir şans var. Əsas odur ki, yolunuzun üstündə qəflətən maneələr çıxarsa, başladığınız işdən vaz keçməyin. İnadkarlıq bütün çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək.

Əkizlər - Günün başlanğıcı çətin olacaq. Bu saatlarda həmişəkindən daha tez-tez problemlər və işdə gecikmələr ortaya çıxa, planlarınız pozula bilər. Bəzən başqalarının səhvlərini düzəltməli olacaqsınız ki, bu vəziyyətdən də çox narazı qala bilərsiniz. Ancaq zaman keçdikcə müsbət tendensiyaların təsiri artacaq. Özünüzü daha azad və daha inamlı hiss edəcəksiniz.

Günortadan sonra romantik görüşlər üçün yaxşı vaxtdır. Həmçinin sizin üçün önəm daşıyan insanlarla yaxın ünsiyyət üçün əlverişli saatlardır. Yaxın insanlarla birlikdə yaxşı vaxt keçirmək fürsətiniz olacaq. Hər kəsi ruhlandırmaq üçün bir yol tapacaqsınız.

Xərçəng - Bütün məsələlər ciddi yanaşma və məsuliyyətli münasibət tələb edir. Bu gün təhriklərə müqavimət göstərmək asan olmayacaq, ancaq düzgün seçim etmək üçün ağlınıza güvənə bilərsiniz: Ötəri istəklərə təslim olmayın. Gözlənilməz iş təklifləri mümkündür. Bəzi Xərçənglərin yaxşı işgüzar ideyaları olacaq. Tələsməyin. Hər hansı bir qərarı verməzdən və həyata keçirməzdən əvvəl vəziyyəti anlamalısınız.

Sevdiklərimin dəstəyi və anlayışı sizi sevindirəcək. Bu gün təcrübə mübadiləsi aparmaq, düşüncənizdə olanları söyləmək üçün əlverişli zamandır.

Şir – Başınızdan yuxarı tullanmaq istəməsəniz, vəziyyətə real və obyektiv baxmağa çalışsanız, özünüzü və başqalarını düzgün qiymətləndirsəniz, gün yaxşı alınacaq. Əvvəllər buraxdığınız səhvləri necə düzəldə biləcəyiniz aydın olacaq. Bəzi Şirlər mübahisə edərək küsülü düşdükləri insanlarla barışa biləcəklər.

Çoxdandır yerindən tərpənməyən bəzi məsələlərdə irəliləyiş ola bilər. İnadkarlıq və fədakarlığınız bütün maneələri aşmağa kömək edəcək. Unutmayın, vaxtınızı düzgün bölmək və kiçik detallara diqqət yetirmək vacibdir. Bu, gələcəkdə bir çox narahatlıqdan xilas edəcək.

Qız - Pulunuzu riskə atmayın. İndi maliyyə məsələlərində daha diqqətli olmalısınız. Sövdələşmə və alış-verişə tələsməmək daha yaxşı olar. Günün qalan hissəsi uğurlu keçəcək. Bəzi çətin işləri başa çatdırmaq, başqalarının bacarmadığı işlərdə uğura imza atmaq üçün bir şansınız olacaq. Təhsil alan Qızlar üçün də uğurlu gündür. İntellektual tərəfləriniz daha kəskin şəkildə özünü göstərəcək.

Bir çox Qızları xoş tanışlıqlar gözləyir. Bürcün bəzi nümayəndələri əvvəllər tez-tez mübahisə etdikləri bir insanla münasibət qura biləcəklər. Romantik münasibətlərin başlanğıcı da mümkündür ki, bu da çoxlu müsbət emosiyalar gətirəcək.

Tərəzi – Ünsiyyət əvvəllər olduğundan daha gərgin ola bilər. Sizi tez-tez tənqid edəcəklər və bu, əhvalınızı pozacaq. Bəzi iradlarda paxıllıq var, amma bəzilərinə sadəcə, diqqət ayırmağa dəyər. Gün faydalı işlər görmək üçün yaxşıdır. Hansı məqsədə çatmaq istədiyinizi başa düşdüyünüzə görə xırda detallara vaxt itirməyəcəksiniz.

Qətiyyət və əzm səxavətlə mükafatlandırılacaq. Uzun müddət arzuladığınız hədəfləri qazana bilərsiniz. Günün ikinci yarısı ən cəsarətli planlar da daxil olmaqla yaradıcılıq planlarının həyata keçirilməsi üçün əlverişli zamandır.

Əqrəb - Həmişəkindən daha tez-tez iradlar eşidəcəksiniz və daha az tərif alacaqsınız. Günün bəlkə də yeganə mənfi cəhəti budur. Bunu nəzərə almasaq, hər şey yaxşı olacaq. Biznesdə uğur qazanmaq, çoxdan başladığınız bir işi başa çatdırmaq imkanı qazanacaqsınız. Bəzi uğurlu təsadüflər və əvvəllər yalnız xəyal edə biləcəyiniz önəmli görüşlər istisna edilmir.

Bir çox Əqrəblər üçün bu gün vacib kəşflərlə yadda qalacaq. Çox tərəddüd etmədən qəbul edəcəyiniz təkliflər də daxil olmaqla, əməkdaşlıq üçün maraqlı təkliflər gözlənilir. İntuisiyanızı dinləyin: Düzgün istiqamət verəcək.

Oxatan - Hadisələr necə inkişaf etsə də, sakit qala və özünüzü idarə edə bilərsiniz. Uğur qazanmağa, çətin məsələlərin öhdəsindən gəlməyə kömək edən də budur. Bir çox Oxatanlar son zamanlar həm özlərini, həm də yaxınlarını çaşdıran suallara cavab tapa biləcəklər.

Nağd pul gəliriniz ola bilər. Gözlənilməz hədiyyələr, sizi sevindirəcək görüşlər ehjtimal olunur. Gün romantik münasibətlər baxımından əlverişlidir. Sizin üçün dəyərli olan bir insanı mükəmməl başa düşəcəksiniz. İxtilaflar və qarşılıqlı narazılıqlar olmayacaq.

Oğlaq - Qərarlı və əzmkarsınız. Bu, bir çox hədəflərinizə çatmaq üçün kifayətdir. Bəzən təkbaşına hərəkət etmək əməkdaşlıq etmək və ya dəstək gözləməkdən daha asandır. Danışıb mübahisə etməyə çox vaxt sərf etməyin; işinizə fokuslansanız, daha çox şey edəcəksiniz.

Günortadan sonra alış-veriş etmək yaxşıdır. Kortəbii alışlar da uğurlu olacaq. Yaxşı şeyləri səhv etmədən seçəcəksiniz və onlara çox xərciniz çıxmayacaq. Bəzi Oğlaqlar yaxınlarını sevindirmək üçün bir yol tapacaqlar.

Dolça - Çox danışmamağa çalışın, şayiə və dedi-qodu sevgisi ilə tanınan insanlardan uzaq durun. Adi fəaliyyətlərə diqqət yetirməyə dəyər. Öhdəsindən mükəmməl şəkildə gələcəksiniz, istənilən nəticəni tez bir zamanda əldə edəcəksiniz. Yeni problemlərlə mübarizə aparmaq daha çətin ola bilər. Burada tələsmək lazım deyil. Siz hər şeyi mütləq başa düşəcəksiniz.

Günün ikinci yarısı gözlənilməz ziyarətlər, uzun müddətdir xəbər almadığınız insanlarla görüşlər zamanıdır. Əvvəllər sizin üçün çox vacib olan münasibətləri bərpa edə bilərsiniz. Köhnə dostlar maraqlı təkliflər verəcəklər.

Balıq - Kiçik çətinliklər mümkündür, lakin müsbət tendensiyaların təsiri hələ də üstünlük təşkil edir və bu, həyatın bütün sahələrində nəzərə çarpır. Yeni işlər götürə bilərsiniz. Uğur üzünüzə güləcək, istədiyiniz nəticəni tez bir zamanda əldə etməyi bacaracaqsınız. Əməkdaşlığa dair təkliflər istisna edilmir, bunun sayəsində gəliriniz artacaq.

Dostlar və yaxın tanışlar sizinlə vaxt keçirməkdən məmnun olacaqlar, maraqlı işlər təklif edəcəklər. Onlara bəzi cəsarətli planların həyata keçirilməsində kömək edə bilərsiniz. Bu, hər hansı bir yaradıcılıq axtarışı üçün, eyni zamanda təhsil üçün doğru gündür.

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Hansı bizə daha yaxındır: Fələstin, yoxsa İsrail...
››› Azərbaycan 44 saata Qarabağın dağlıq hissəsini terrorçulardan təmizləyə bilər
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Ermənistanda vəzifəli şəxslər həbs edilib
››› Avropa ölkəsi Rusiyanın nüvə hədəfinə necə çevrildi...
Son xəbərlər
Bütün xəbərlər »