Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yaşın çoxdur deyib işə almırlar, yaşın azdır deyib pensiya vermirlər”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bununla da Azərbaycanda 1 iyul 2020 – 30 iyun 2021 tarixində kişilərin pensiya yaşı 65 il , qadınların pensiya yaşı isə 62 il olacaq. 1 iyul 2021 – 30 iyun 2022-ci il tarixində kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 62 il 6 ay olacaq.

Bu xəbərin rəsmi hissəsi. Qeyri-rəsmi hissəsi isə odur ki, pensiyaya əlçatanlıq ildən ilə çətinləşir. Pensiyanı qoyublar ceyranın belinə, əli əsalı yaşlı adam da addım-addım irəliləyərək ona çatmağa çalışır. Sizcə, aralarındakı sürət fərqi bu qədər olarsa bir-birlərinə qovuşmaları nə qədər zaman alar?

Bizimyol.info redaksiyasına pensiya yaşı, işə götürülmə,  xəstəliyə görə pensiya təyini, son zamanlar isə qazilərimizin pensiya təminatı,  qazilərin pensiyalarının kəsilməsi problemlri ilə bağlı çoxlu sayda şikayət daxil olur. Hazırda bu məsələ olduqca ciddi  hal alıb. Ahıl  nənələrimiz pensiyaya çıxdıqdan sonra az təqaud aldiqları ücün süpürgəçi işləmək məcburiyyətində qalırlar. Şəhərin bütün təmizlik işçilərinin 80 faizi yaşli qadınlardır. Bu məsələ ağrılı olduğu qədər, həm də acınacaqlıdır.

19 il  dövlət qulluğunda işləmiş Aliyə Bayramova deyir ki, 55 yaşda işdən ixtisar ediblər. Bir ildir iş axtarıram. İş vermirlər ki, yaşın keçib,  pensiya vermirlər ki, yaşın çatmır. Bəs mən necə yaşamalıyam?

4 dəfə ağır əməliyyat keçirmiş Ülviyyə Ramazanova da deyir ki,  pensiyamı “ sağalmısan” deyib kəsiblər . 60 yaşı var. Hər işdə işləmək imkanı da yoxdur, əlavə olaraq onu işə götürən də. Nə etsin, nə ilə dolansın?

Kantuziya aldığı  üçün uzun illər mübarizə aparıb ötən il birtəhər pensiyaya çıxmış Vasif Qəniyevin də bu il pensiyasını kəsiblər. Üst–üstə bir il ala bilməyib heç. Haqqını tələb eləmək  üçün məhkəmələrə müraciət edib. “Tibbi komissiyadan keçməlisən” deyib bir həftə xəstəxanda saxlayıblar. Sonra da “sağalmısan, sənə yaxşı yol”. Bu adam 17 il ağır kantuziya səbəbilə ümumiyyətlə iş qabiliyyətini itirib. Bu gün sağalsa, belə ötən illərinin kompensasiyası necə olacaq? Hərçənd sağaılmaq nəyə deyilir?  Yüksək səs eşidincə təzyiqi 180-200 olur, həftələrlə baş ağrısından gözü açılmır, əsəbləri tarıma çəkilmiş vəziyyətdədirsə, o sağlamdırmı?

Dövlətin vətəndaş qarşısındakı sosial öhdəliyi yarıtmaz məmurlar sayəsində ödənilmir. Sosial siyasəti həyata keçirən qurum sanki  sosial repressiya  ilə məşğuldur. Bu gün dövlət vəsaitinə qənaət deyəndə insanların rifahına məsul olan qurumlar bunu hərbiçinin maaşını, qazinin yaralanma və əlillik dərəcələrini azaltmaq və ya ləğv etməkdə görməməlidir. Öz tamahlarını ixtisar etsələr, vəziyyət düzələr.

25 ildir Qarabağ əlillərinin sığorta pulu verilmir. Verilmək ərəfəsində də qazilərin əlillik dərəcəsinin kəsilməsi o deməkdir ki, heç verilməyəcək də. Bu gün ayaq barmaqları olmayan qaziyə yüngül yaralı deyərək dərəcəsini azaltmaq büdcəyə qənaət yox,  hansısa məmurun cibinə daha çox vəsaitin axacağı deməkdir.

Pensiya təminatı Azərbaycanda qanayan yara halına gəlib və tezliklə bu problemə çarə tapılmalıdır. Azərbaycanda əmək bazarı və demoqrafiyanı nəzərə alaraq pensiya yaşının artırılmasına da ehtiyac yox idi. İnsanlar öz gələcəklərindən əmin olmalıdırlar.

Ekspertlər isə ümid edirlər ki, icbari tibbi sığortanın tətbiqinə başlanılması ilə üzləşdiyimiz bir sıra problemləri adlada biləcəyik. İcbari tibbi sığorta xəstəliklərin zamanında üzə çıxmasına imkan verəcək.

Təki elə olsun.

İlhamə Rəsulova

Paylaş »
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ter-Petrosyan: “Robert Koçaryanı dövlət maraqlandırmır, o, yalnız Paşinyandan qisas almağa susayıb”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
Son xəbərlər
Bütün xəbərlər »