Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynalı nazir: “Donbassda vəziyyət gərgindir, Rusiya bizi təxribata çəkir”
Ukrayna Xarici İşlər Nazirliyi

“Donbassda vəziyyət gərgindir”.

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba mətbuat konfransında deyib.

O bildirib ki, ön cəbhədə Ukrayna əsgərlərinə təxribatlara cavab verməmək tapşırılıb: “2021-ci ilin yanvarından bəri 30 hərbçimiz həlak olub, onlar snayperlə vurulub. Cəmiyyət bundan qəzəblənir, sərt cavab verməyimizi gözləyir. Rusiya bunu məqsədli şəkildə edir. Rusiyanın istəyi bizi təxribata çəkməkdir”.

Ukrayna XİN başçısı qeyd edib ki, son həftələr ərzində Rusiya Ukrayna ilə sərhədə və Krıma 120 minədək hərbçi yerləşdirib: “Bura yalnız əsgərlər deyil, desantçılar, ballistik raketlər, kommunikasiya və izləmə üçün texniki ləvazimatlar və s. daxildir. Bununla yanaşı, Ukrayna əleyhinə dezinformasiya müharibəsi aparılır”.

Ukraynalı nazir vurğulayıb ki, ölkəsi münaqişənin diplomatik və siyasi həllini dəstəkləyir: “Biz Rusiyanın sərhədi nə vaxt keçəcəyini bilmirik, bununla bağlı dəqiq gün və tarix deyə bilmərik, lakin Rusiya strateji hərbi hazırlıq vəziyyətindədir. Bu, dəqiqdir. Rusiyanın vəziyyəti daha da gərginləşdirməməsi üçün addımlar atılmalıdır”.

D. Kuleba Kremlin vəziyyətin gərginləşməsində maraqlı olduğunu da qeyd edib: “Rusiya Ukraynaya təzyiq edir, kompromisə maraq göstərmir. Onlar həm də Qərbə göstərmək istəyirlər ki, hər şeyi edə bilərlər. Digər məqam isə daxili siyasətlə bağlıdır. Rusiya hakimiyyətinin reytinqi düşdüyü üçün onlar bu vəziyyəti yaratmaqla daxildən dəstək almaq istəyirlər”.(apa)

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Hansı bizə daha yaxındır: Fələstin, yoxsa İsrail...
››› Azərbaycan 44 saata Qarabağın dağlıq hissəsini terrorçulardan təmizləyə bilər
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Avropa ölkəsi Rusiyanın nüvə hədəfinə necə çevrildi...
››› Ermənistanda vəzifəli şəxslər həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »