Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nardarandakı daş karxanasının fəaliyyəti dayandırılacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsindəki daş karxanasının fəaliyyəti dayandırılacaq.

Bizimyol.info xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi “Ekspert saatı”nda Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib.

O bildirib ki, karxananın fəaliyyəti dayandırılacağı vaxt müəyyən edilməyib:

"Daş karxanasında irəli sürə biləcəyimiz tələblər mütərəqqi texnologiyadan, avadanlıqlardan istifadə etməklə tozun qarşısını almaq, minumum tullantıya nail olmaqdır. Daş karxanası bu gün də sənaye zonası kimi sahibkarlar tərəfindən istismar olunur. Düşünürəm ki, mövcud olan ehtiyatlar tükənmək üzrədir, eyni zamanda ətraf ərazilərdə yaşayış massivləri getdikcə çoxalır. Şəhərsalma, şəhərin baş planı baxımından müvafiq qurumlar bunları nəzərə alırlar və alacaqlar".

Paylaş »
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› Paşinyanın arvadı ilə bağlı araşdırma aparılır
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Vladimir Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »