Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ETSN: Ağacların kəsilməsi faktını prokurorluq araşdıracaq
Ağac kəsənlər

Nəsimi rayonu Seyid Cəfər Pişəvari küçəsi 27A ünvanında ağacların kəsilərək tikinti işlərinin aparılması barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bizimyol.info xəbər verir ki,  bu barədə nazirliyin xidmət rəsmisi Vaqif Cavadov məlumat verib.

O, bildirib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, sözügedən ünvanda tikinti məqsədilə qazıntı işlərinin aparıldığı, 2 ağacın kəsildiyi, 1 ağacın zədələndiyi və təbiətə 2280 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

“Araşdırma zamanı ərazinin yaşayış binasının tikintisi məqsədlə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “Memar İnşaat-2017” MMC-yə verildiyi məlum olub.

Faktla bağlı akt tərtib olunub, yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər aidiyyəti üzrə Prokurorluq orqanına göndəriləcək”.

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
Son xəbərlər
Bütün xəbərlər »