Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil kreditini necə əldə etmək olar və kimlərə şamil olunacaq...
Manat - Maaş
“Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyası ictimaiyyətə təqdim olunub. Burada qeyd olunub ki, təhsil kreditləri Azərbaycan Respublikasının ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatlara təhsil haqqını və təhsil aldığı müddətdə təhsillə əlaqədar xərclərin tam ödənilməsi (yaşayış yerinin kirayəsi, yemək, tədris materialları, nəqliyyat xərcləri və s) üçün veriləcək.

Qeyd olunub ki, təhsil kreditlərinin mənbələri dövlət büdcəsindən ayrılan vəsait, banklar tərəfindən ayrılan öz vəsaitləri, işəgötürənlər tərəfindən ayrılan vəsait, beynəlxalq maliyyə qurumlarının mənbələrindən, zəmanət verilən kredit təşkilatlarının mənbələrindən ayrılan vəsait, qanunvericilikdə qadağan edilməyən digər mənbələrdən ayrılan vəsaitdir.

“Ali təhsil alan tələblər artıq yerli icra orqanlarının müsabiqələr təşkil etməsi yolu ilə təhsil kreditinə müraciət edə biləcək”. Bu fikirləri təhsil eksperti Qoşqar Məhərrəmov Bizimyol.info-ya bildirib.

Qoşqar Məhərrəmov Qoşqar Məhərrəmov

Onun sözlərinə görə, hətta yaxşı nəticələr toplayan, olimpiyada, hansısa sahədə dünyada beynəlxalq uğurlar qazanan, əla qiymətlərlə oxuyan tələbələr bu kreditin bir qismindən və ya hamısından azad olma şansı əldə edəcəklər.

“Məlumdur ki, bu dövrə qədər onlarla tələbə valideynlərinin yaşadığı hər hansı sağlamlıq, maddi, iş qabilliyyətini itirmə kimi problemlərə görə yaişləməli, ya da universitet həyatını yarıda qoymalı olurdu. Artıq yeni qanunvericiliklə tələbələr rəsmi olaraq universitetə başladıqdan 2 gün sonra təhsil krediti üçün müraciət edə biləcəklər və bu krediti aldıqdan 4 il sonra əsgərlikdə olan zaman da bu krediti ödəmək məcburiyyərində deyillər.

Azərbaycanda onlarla nümunə var ki, maddi əsaslarla oxuyan tələbələr təhsil haqlarını ödəyə bilmir və ya gündəlik ehtiyaclarını qarşılaya bilmir. Bunun üçün də universitetdə oxuduğu zaman öz ixtisaslarına uyğun olmayan işlərdə çalışmaq məcburiyyətində qalırlar və bu onların təhsillərinə mane olur. Çünki dəsrləri ilə daha çox məşğul olmaq əvəzinə işlə məşğul olur və dərslərini oxumağa zaman çatdırmırlar.

Təhsil krediti dünyanın bir çox qabaqcıl ölkələrində mövcud olan bir sistemdir. Azərbaycanda da bunun olmağı çox gözlənilən və təqdirə laiq addımdır”,-deyə vurğulayıb.

Ekspertin sözlərinə görə, tələbənin aldığı kreditin faizi onun iki qatından çox ola bilməz.

“Bu müsabiqə əsasəda keçiriləcək. Yəni, tələbələr icra orqanlarına müraciət edəcək və bu müraciətlərin əsasında həqiqətən ehtiyacı olan tələbələrə veriləcək. Bununla da ali təhsil müssisələri muxtariyyət qazanacaq. Yəni, maliyyə azadlığı əldə edəcək, bazar münasibətlərində, saneye ilə iş birliyində daha fərqli addımlar ata, bir məhsul istehsal edib bazara sata, hansısa ödənişli xidmətlər göstərə və maddi resursları artdığı zaman bunu universitetin xərcləri üçün xərcləyə biləcək.

Tələbələr üçün isə bu bəyənilən haldır ki, onlar kredit əsasında təhsil alacaq və iş həyatına atılan zaman o krediti aşağı faizlərlə ödəyəcəklər”.

Leyla Mirzə

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ermənistanda sakinlər Gümrü-Yerevan avtomobil yolunu bağlayıb
Son xəbərlər
Bütün xəbərlər »