Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcbari tibbi sığortadan yararlana bilirsinizmi?
Xəstəxana

2017-ci ildən etibarən ölkəmizdə icbari tibbi sığortanın pilot layihə şəklində tətbiqinə başlanılıb. Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında həyata keçirilən icbari tibbi sığorta çərçivəsində 370 min nəfərə yaxın sığortaolunan baza zərfi əsasında ödənişsiz tibbi xidmətlərlə təmin edilib. 2020-ci il yanvarın 1-dən Azərbaycanda mərhələli şəkildə icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılıb. Qanuna əsasən əhalinin sığortalanmasına dövlət tərəfindən adambaşına 90 manat olmaqla 900 milyon manat vəsait ayrılıb.

Bir neçə gün öncə iqtisadiyyat nazirimiz Mikayıl Cabbarov bildirdi ki, bu ilin birinci rübündə tibbi sığorta üzrə daxilolmalar 112,3 milyon manat olub, bu da nəzərdə tutulandan 25,5 milyon manat çoxdur.

Lakin hamı icbari tibbi sığortadan istədiyini ala bilirmi? Qaydalara baxınca kağız üzərində hər şey gözəldir , amma xəstəxana qapılarını döyüncə evdəki hesab çarşıdakına uymur. Mən özüm, bu sətirlərin müəllifi Xətai rayonundakı 32 saylı poliklinikada qeydiyyatda olduğum üçün tibbi sığortamdan faydalanmaq istədim. Pulsuz rentgen, USM aparatlarından istifadə eləməliydim.

Cavab: İndi pandemiyadır, aləm qarışıb bir-birinə, vaksinasiya gedir, sığortanın adı olsa da, hələ tətbiqinə başlamamışıq. Və bu kimi poliklinikaların sayı Bakıda onlarladır. Pilot layihə uğurlu olsa da, kütləvi layihə hələ ki, yalnız AzTV-nin çəkilişlərində nümunəvi görünür.

3 aydır məcburi sığortaya pul tutulur, xəstəxanalarda isə hər şey köhnə qaydalarla davam edir. Fərqi odur ki, "gedin qeydiyyaydan keçin" deyirlər. Yəni tibb personalı həm sığortadan bəhrələnirlər, həm də pul yığırlar. O zaman bu sığorta nəyə lazımdır?

Ekspertlər hesab edirlər ki, icbari tibbi sığortanın mənfi tərəflərindən tibbi personal üçün ödənişlərın açağı olmasıdır. İcbari Tibbi Sığortanın ən böyük mənfi tərəfi tibbi personalı qane edə bilməməsi, ən böyük müsbəti isə 8000 manat əmək haqqı alıb 160 manat aylıq sığorta pulu ödəyən adamla, 300 manat maaş alıb 6 manat ödəyən adam arasında qanuni fərqin qoyulmamasıdır.

Müharibədən və pandemiyadan çıxsaq da, dövlət İcbari tibbi Sığortanın tətbiqini ləngitmədi. Bunu insanlarımız üçün bir növ töhfə hesab etmək olar. Amma o töhfəni əlimzdən məmur yarıtmazlığı alır. Hansısa xəstəxana personalı üçün bir neçə ay kiçik zaman kimi görünə bilər, amma bütün ümidlərini sığorta ilə müalicə olunmağa bağlamış xəstə üçün zaman gözləmir.

İlhamə Rəsulova

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »