Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Akıncı" serialından Azərbaycan xəritəsi ilə bağlı açıqlama
Akıncı serialı

Türkiyədə yayımlanan "Akıncı" serialında Azərbaycan xəritəsi ilə bağlı yanlış anlaşılmaya səbəb olan xəritə ilə bağlı reaksiyalara cavab gəldi.

Bizimyol.info xəbər verir ki, “Akıncı”da Azərbaycan ərazisi Ermənistan torpaqları kimi göstərildikdən sonra sosial şəbəkələrdə kəskin tənqidlər alan serialdakı səhnə ilə bağlı NTC Media açıqlama yayıb:

"Akıncı serialının 16-cı bölümündə, dünya ölkələrinin sərhədlərini öz maraqları naminə yenidən müəyyənləşdirməyə cəhd göstərən “Haritacılar” adlı qanunsuz bir təşkilata üzv olan serialın mənfi obrazı tərəfindən Türkiyə və onun qonşu ölkələrini göstərən qondarma xəritə göstərilmişdir. Tamamilə qondarma bir təşkilat olan “Haritacılar” tərəfindən əsas alınan o xəritə serialın bütün digər elementləri kimi bir xəyal məhsuludur. O epizodda olan xəritə və xəritədəki sərhədlər də həqiqəti əks etdirmir. Ssenariyə əsasən bir qondarma təşkilatın niyyətini göstərmək üçün qurulsa da, dost və qardaş Azərbaycan xalqının həssaslığı nəzərə alınaraq bu xəritə dəyişdirilmişdir.

Hörmətlə ictimaiyyətə elan olunur."

Bizimyol.info

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
Son xəbərlər
Bütün xəbərlər »