Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Buraxılış imtahanı ilə bağlı vəziyyətə görə kim günahkardır: DİM, yoxsa məktəblər...
Dövlət İmtahan Mərkəzi

Aprelin 19-da bir qrup valideyn Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Valideynlərin etirazına səbəb övladlarının məlumatlarının “Şagird-məzun” elektron sisteminə daxil edilməməsi və həmin şagirdlərin buraxılış imtahanına buraxılmaması olub.

Belə ki, Bakı şəhəri 323 nömrəli tam orta məktəbin 32 nəfər XI sinif şagirdi texniki xəta səbəbindən buraxılış imtahanlarında iştirak edə bilməyib.

Valideynlərin etirazına Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aydınlıq gətirilərək bildirilib ki, həmin məktəblilərin “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi təmin olunub və şagirdlər DİM tərəfindən təşkil olunacaq buraxılış imtahanlarında iştirak edə biləcəklər. Lakin bu açıqlama valideynlərin narahatlığına son qoymayıb. Təkrar buraxılış imtahanının nə vaxt olacağı və gecikdirilmiş uşaqların attestat alıb, test imtahanına sənəd verə bilib-bilməcəcəkləri barədə suallar yaranıb.

Amma bu problem təkcə haqqında danışılan məktəblə bağlı deyil, sadəcə olaraq həmin valideynlər aksiya keçirdiklərinə görə bu məktəb gündəmə gəlib. Buraxılış imtahanlarına qatıla bilməyən məzunların sayı xeyli çoxdur. Ölkənin müxtəlif yerlərindən gələn sorğulara cavab olaraq DİM bildirir ki, onlar may ayında təkrar keçiriləcək imtahanlara qatıla biləcəklər. Amma valideynlər imtahanların dəqiq tarixini bilmək istəyirlər. Çünki yaxın vaxtlarda ali məktəblərə test imtahanı üçün sənədlərin qəbulu başlayacaq. Attestatını vaxtında ala bilməyən məzun isə sənədlərini təqdim edə bilməyəcək.

DİM problemin öz elektron sistemi ilə bağlı olmadığını desə də, valideynlər bununla razılaşmır. Məsələn, Saatlıdan valideyn Hüseynov S.T bildirir ki, o şəxsən özü DİM-ə müraciıət edib, oradan ona bildiriblər ki, oğlunun adı məktəb tərəfindən martın 31-də sistemə daxil edilib. Amma uşaq 2-3 gün əvvəl keçirilmiş imtahan syahısına daxil edilməyib. Bundan sonra da nə vaxt daxil ediləcəyi bilinmir. Ona görə də valideyn məhz DİM-dən narazıdır. DİM isə öz növbəsində bildirir ki, martın 25-nə qədər adı daxil edilənlər siyahıya salınıb. Bu halda isə valideynlərin daha bir sualı yaranır ki, niyə DİM bu dərəcədə ləng siyahılaşdırır. "Elektron" adlanan sitem niyə məzunun adını siyahıya salmaq üçün 20-25 günlük "hazırlıq" dövrü müəyyən edib?

Valideynin sözlərinə görə, uşağın adı yaxın günlərdə keçiriləcək imtahan siyahılarında da yoxdur. Halbuki o, uşağın Bakıda keçiriləcək imtahanlara da qatılmasında problem görmür.

Məsələ ilə bağlı DİM-in mətbuat katibi Xanlar Xanlarzadə Bizimyol.info-ya açıqlama verərək bildirib ki, buraxılış imtahanında iştirak edə bilməyən şagirdlər ya may və ya da aprel ayının axırında nəzərdə tutulmuş imtahanların birinə salınaraq keçiriləcək.

Həmin şagirdlər əlbəttə ki, ali təhsil müəssisəsinə də sənəd verə biləcəklər. Burada bir məhdudiyyət yoxdur. Ümumiyyətlə buraxılış imtahanı ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsidir. İmtahanın ikinci mərhələsi isə blok imtahanları,ixtisas qrupu üzrə olan imtahanlardır. Onlar daha sonrakı dövrdədir. Yəni, narahatçılığa əsas yoxdur”.

Bizimyol.info

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »