Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 21 aprel, 2021
Bürclər

Bizimyol.info qoroskop həvəskarlarına 21 aprel, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Günün olduqca mürəkkəb bir emosional fonu olacaq. Bəzən özlərini idarə etməyə alışan və ötəri hisslərin təsiri altına düşməyən insanlar üçün də çətin ola bilər. Mübahisələrin yaşanması ehtimalı yüksəkdir. Bununla yanaşı, fikir ayrılıqlarında fayda da tapmaq olar, məsələn, tanış məsələlərə yeni şəkildə baxmağa kömək edəcəklər.

Adət etdiyiniz işlərlə məşğul olmaq daha yaxşıdır. Burada xoşagəlməz sürprizlər və gözlənilməz çətinliklər olmayacaq. Günortadan sonra ünsiyyət üçün əlverişli zamandır və yeni tanışlıqlar vəd olunur.

Qoç - Nə olursa olsun, sakit qalın və özünüzü idarə edin. Bu, bir çox çətinlikdən qaçmağa, peşəkar və şəxsi problemləri  həll etməyə kömək edəcək. Bəzi Qoçlar özləri üçün vacib kəşflər edəcəklər və ya başqalarının gizlətməyə çalışdıqları məsələləri təxmin edəcəklər.

Məmnun qalacağınız gözlənilməz ziyarətlər mümkündür. Günortadan sonra alış-veriş və bazarlıq etmək etmək üçün yaxşıdır. Uzun müddət sizə yaxşı əhval gətirəcək şeyləri almaq şansınız olacaq. Bunun müqabilində əhəmiyyətli xərclər tələb olunmayacaq.

Buğa - Möhtəşəm bir gündür. Məhsuldar və maraqlı, xoş hadisələrlə dolu... Öz üzərinizə götürdüyünüz hər bir işdə yaxşı nəticə göstərəcəksiniz, bəzi vacib suallara cavab tapa bilərsiniz. Uğurlu təsadüflər istisna deyil. Onlardan biri bir sıra xoş hadisələrə yol aça bilər.

Günortadan sonra ailə üzvlərindən biri ilə bağlı yaxşı xəbər gözlənilir və yaxınlarınızla danışmaq üçün də yaxşı zamandır. Keçmişdə fikir ayrılıqlarına səbəb olan mövzular da  daxil olmaqla bir çox məsələləri sakit şəkildə müzakirə edə biləcəksiniz. Bu dəfə hər bir məsələdə sakitcə razılaşmaq mümkün olacaq.

Əkizlər - Uğurlu gündür. Bir çox işlər yaxşı gedəcək. Çox vaxt istəklərinizi reallaşdırmaq üçün səy göstərməyinizə belə ehtiyac olmayacaq. Daha əvvəl öyrəndiklərinizin faydalı olduğu ortaya çıxacaq. Bilik və bacarıqlarınız sayəsində heç kimdən kömək gözləmədən hədəflərinizə doğru sürətlə gedəcəksiniz.

Günortadan sonra bəzi gözlənilməz hadisələr, ruhunuzu ovsunlayacaq müjdələr vəd olunur. Uzun müddətdir küsülü olduğunuz insanla barışmaq şansı yaranacaq. Narazılıqlar unudulacaq, onları qarşılıqlı anlaşma və münasibətlərdə harmoniya əvəz edəcək.

Xərçəng - Gün olduqca gərgin alınacaq. Ancaq bu, onun yeganə çatışmazlığıdır. Əslində hər şey qaydasında olacaq, bir çox hallarda uğur qazanmağınız mümkün olacaq. Həmişə düzgün prioritet seçmirsiniz və bəzən xırda məsələlərə vaxt itirirsiniz. Ancaq yaxşı bir fürsət yaranacaq və onu qaçırmayın.

Gözlənilməz səfərlər, planlaşdırılmamış görüşlər mümkündür. Bəzi insanları görməkdən məmnun qalacaqsınız. Günortadan sonra yeni fikirlər üçün yaxşı zamandır. Yeni ideyalarınız bəyəniləcək, ancaq ətrafınızdakı insanlar planlarınızı həyata keçirə biləcəyinizə şübhə ilə yanaşa bilərlər. Təkbaşına fəaliyyət göstərməyə başlayın, tezliklə ilk uğurlarınızı qazanacaqsınız.

Şir - Ünsiyyət üçün uğurlu gündür. Başqaları ilə yaxşı münasibət quracaqsınız, çoxları ilə rahatlıqla dil tapacaqsınız. Ehtiyacınız olarsa, dəstək almaqda da probleminiz olmayacaq. Çox güman ki, dostluq və ya romantik münasibətlərin təməlini qoyacaq tanışlıqlar baş tutacaq. Ürəyiniz sizə necə davranmalı, nə danışmalı və nə etməli olduğunuzu səhvsiz izah edəcək.

Biznes baxımından yaxşı gündür. Çoxdan qoyulmuş hədəflərə nail ola, əvvəllər reallıqdan uzaq görünən planları həyata keçirə bilərsiniz. Günortadan sonra pul gəliri vəd olunur və alış-veriş üçün yaxşı vaxtdır.

Qız - Xeyirli və maraqlı gündür. Görüləsi çox işlər var. Bəzən bir anda bir neçə iş görməlisiniz və bunu çox xoşlayırsınız. Bəzi Qızlar son vaxtlar onları narahat edən suallara cavab tapa biləcəklər. Yaxşı işgüzar ideyalar ortaya çıxacaq. Demək olar ki, heç bir səy göstərmədən gəlirlərinizi necə artıracağınızı başa düşməyiniz mümkündür.

Sevdiklərinizlə münasibətlər ahəngdar qaydada inkişaf edəcək. Çox vaxt sizin üçün əziz olan insanları mükəmməl başa düşürsünüz. Mübahisə üçün heç bir səbəb yoxdur, xoş ünsiyyətdən zövq ala bilərsiniz.

Tərəzi - Həmişəkindən daha tez-tez xırda məsələlərə görə narahat olacaqsınız və təsir edə bilmədiyiniz vəziyyətlərə görə təşviş keçirəcəksiniz. Daha müsbət bir əhval-ruhiyyəyə köklənməyə çalışın, sevinc üçün səbəblər axtarıb tapın. Sevdikləriniz sizə dəstək olacaq. Xüsusilə ehtiyac duyulduğu zaman köhnə tanışların köməyə gəlməsi mümkündür.

Axşam ailə tədbirləri, qohumlarla ünsiyyət üçün əlverişlidir. Gözlənilməz səfərlər mümkündür və sizə sevinc gətirəcək. Dostlarınızla yaxşı vaxt keçirə bilərsiniz, son vaxtlar darıxdığınız insanları görə bilərsiniz.

Əqrəb - Ünsiyyət üçün uğurlu gündür. Bu gün düşündüklərinizi açıq deyə bilərsiniz; şübhəsiz ki, başqaları sizi düzgün başa düşəcək, dəstəkləyəcək və inciməyəcəklər. Bəzən köhnə bir layihəyə qayıtmaq faydalı olacaq; çoxdan düşündüyünüz planların həyata keçirilməsi üçün əlverişli şərait yaranacaq.

Planlaşdırılmamış səfərlər yer ala bilər. Şübhəsiz ki, sizin üçün maraqlı və həyəcanlı görünəcəklər. Yeni təəssüratlar bürcün bir çox nümayəndələrini ilhamlandıracaq. Günortadan sonra, çox güman, tezliklə həyata keçirəcəyiniz yaxşı fikirlər ortaya çıxacaq.

Oxatan - Gözəl gündür. Olduqca sakit keçəcək, demək olar ki, heç bir xoşagəlməz sürpriz gətirməyəcək. Dincəlmək və enerji toplamaq, yaxşı çevrədə xoş əhvalda vaxt keçirmək imkanınız olacaq. Köhnə işlərə qayıtmaq faydalı olacaq: indi əvvəl bacarmadığınız işlərin də öhdəsindən gələ bilərsiniz.

Axşam xoş görüşlərlə sevinəcəksiniz. Münaqişə vəziyyətində olduğunuz insanlarla barışmaq, bəzi köhnə əlaqələri bərpa etmək şansı olacaq. Başqalarının düşündüklərini yaxşı başa düşəcəksiniz və bu, ünsiyyəti xeyli asanlaşdıracaq. Romantik sürprizlər istisna deyil.

Oğlaq - Tələsməyin. Yaxşı bir gündür və ulduzlar indi sizin tərəfinizdədir, ancaq düşünmədən qərarlar verməyin və hər işdə bəxtinizə güvənməyin. Hər addımınızı düşünməyə çalışın, lazımsız risklərdən çəkinin. Bir çox Oğlaqlar əvvəllər qazandığı təcrübədən faydalanacaqlar. Onun sayəsində, bürcün nümayəndələri başqalarının gücündən kənar olan işlərin öhdəsindən mükəmməl şəkildə gələcəklər.

Axşam yaxınlarınızla ünsiyyət qurmaq üçün əlverişli vaxtdır. Əylənmək üçün bir fürsət olacaq. Qonaqlar gözlənilmədən gələ bilərlər və onları görməkdən məmnun olacaqsınız.

Dolça - İşgüzar danışıqlar, potensial müttəfiqlər və tərəfdaşlarla görüşlər üçün əla gündür. Yardıma ehtiyacınız varsa, mütləq alacaqsınız. Dostlar və digər yaxın insanlar səylərinizi dəstəkləməyə, sizi ruhlandırmağa, həmişə doğru sözləri tapmağa hazırdırlar. Görüşlər qeyri-rəsmi şəraitdə yaxşı keçəcək. Yeni tanışların rəğbətini qazanmaq sizin üçün asan olacaq və kimsə ilk baxışdan sizə aşiq ola bilər.

Gün təhsil almaq üçün əlverişlidir. Tez bir zamanda yeni məlumatları mənimsəyirsiniz, düzgün suallar verir və cavabları aldıqdan sonra düzgün nəticələr çıxarırsınız.

Balıq - İşgüzar ünsiyyət üçün uğurlu gündür. Bir çox görüşlər sizin üçün yeni peşəkar üfüqlər açacaq, bəlkə də yeni əməkdaşlığın başlanğıcı olacaq. Uğurlu təsadüflər istisna edilmir, bunun sayəsində pis niyyətli insanları tərksilah edə, köhnə rəqiblərinizi məğlub edə bilərsiniz.

Ailədə xoş hadisələr, sevdiklərinizlə bağlı xoş xəbərlər gözləyin. Axşam qohumlarla ünsiyyət qurmaq üçün əla zamandır. Keçmişdə fikir ayrılıqlarının yaşandığı məsələlər də daxil olmaqla, çox çətin məsələləri də müzakirə etmək mümkündür.

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »