Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Anbarlarda neftin tükənməsi qiyməti qaldıracaq
Neft platforması

Dünya üzrə bütün neft anbarlarında saxlanılan neft ehtiyatları artıq dükənib. Dünyada Çin yeganə ölkədir ki, orda əlavə neft ehtiyatları qalmaqdadır.

Ekspertlərin fikrinə görə, saxlanclardakı neft ehtiyatlarının tükənməsi dünya bazarında qiymətlərə təsirsiz ötüşməyəcək və neft 74 dollarlıq baryeri qısa müddətdə ötüb keçəcək. Bu arada qeyd edək ki, Azərbaycan neftinin dəyəri 24 sent artaraq 66 dolar 28 sentə çatıb.

Azərbaycanın əsas xam neft brendi olan "Azeri Light" markalı neftin bir bareli ötən həftə çatdırılma nöqtəsində (CIF) ortalama 66,79 dollara satılıb.

Dünya birjalarında "Azeri Light" markalı neftin ən aşağı dəyərə görə bir bareli 15 dollar 812 sentə təklif olunması 2020-ci ilin aprel ayında qeydə alınmışdı. Neftimizin rekord qiymətə satılmas isə 2008-ci llin iyul ayında baş verib - 149 dollar 66 sent.

Hələlik artım yüksək səviyyədə deyil. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin iyun müqaviləsinin dəyəri 1,01% artaraq 1 barelə görə 67,73 dollar təşkil edib.

Azərbaycanda vaksinasiya ilə birgə bu ilin əvvəlindən neft bazarında hərəkətlənmə yaranıb.Yerli bazarın ən böyük tədarükçülərindən olan STAR NEZ bu ilin birinci rübündə tam gücü ilə işini davam etdirir. Pandemiya ilə əlaqədar həm yerli, həm də beynəlxalq uçuşlara tətbiq olunan məhdudiyyətlərlə nəticəsində reaktiv yanacağa tələb azaldığı üçün 1,6 milyon tonluq reaktiv yanacaq istehsal gücünü sürətli şəkildə motorin istehsalına çevirib.

Uçuşlarda ciddi fəallıq başlayanda yenidən reaktiv yanacaq istehsalına başlanılacaq.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
Son xəbərlər
Bütün xəbərlər »