Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda maska cəriməsindən yayınmaq istəyən şəxsdən ağlagəlməz addım - Video
Polis - Cərimə

Bakıda bir nəfər polislə mübahisə etdikdən sonra özünü öldürmək istəyib.

Bununla bağlı sosial şəbəkələrdə video yayılıb.

Xarici olduğu iddia edilən həmin şəxs maska taxmadığı üçün polis tərəfindən cərimə edilib. O, buna etiraz edib.

Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, yayılan videgörüntülərdə əks olunan şəxs tibbi maskadan istifadə etmədiyi üçün polis əməkdaşlarının qanunu tələblərinə etinasız yanaşaraq özünü xarici ölkə vətəndaşı kimi təqdim edib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin şəxs inzibati xəta tərkibi yaradan əməlindən polisi yayındırmaq üçün özünü qəsdən yerə yıxaraq, hay-küy yaradıb. Buna baxmayaraq, polis tərəfindən onun barəsində protokol tərtib olunub. Məlum olub ki, həmin şəxs xarici ölkə vətəndaşı yox, Gəncə şəhər sakindir. Hazırda onun barəsində təhqiqat araşdırmaları davam etdirilir.

E.Hacıyev diqqətə çatdırıb ki, ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən – tibbi maskalardan istifadə edilməsi məcburidir. Tbbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.(baku.ws)

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
››› Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub
Son xəbərlər
Bütün xəbərlər »