Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Xankəndidə qanunsuz parad keçirməklə nəyə nail olmaq istəyir...
Xankəndi

Rusiya “sülhməramlı” işğalçılarının Xocalı hava limanında 9 May Qələbə paradına hazırlıq videosu yayılıb. Bu videonun yayılmasındakı məqsədin az-çox bizi qıcıqlandırmaq olduğunu yəqin, hər kəs bilir. Çünki bu Rusiyanın adət edilmiş dəsti xətti idi. Rusiya problem yaradandır, Rusiya problemin özüdür, o problemi çözən olmayıb, atdığı addımlardan da görünür ki, olası da deyil.

Paradla bağlı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov maraqlı təklif irəli sürüb. “Paradda bizim də tank qoşunlarımız və XTQ bölməmiz iştirak etsin”. Buna tam haqqımız var və Rusiya üçün də, Ermənistan üçün də əla sürpriz olardı.

Ədalət Verdiyev Ədalət Verdiyev

Hərbi ekspert Ədalət Verdiyev bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, müqaviləyə əsasən Rusiya sülhməramsılarının Qarabaga girişi ilə paralel olaraq Ermənistanın qanunsuz birləşmələri çıxmalı idi. “O bəyanatda maraqlı olan, ora qol çəkən elə Rusiya idi. İndi nəinki o birləşmələri çıxardır, əksinə, Qarabağa yeni qüvvələr cəlb edir, Qarabagda qalmaqla yanaşı, həm də parad keçirir . Parad, təntənəli keçid və yürüş arasında fərqi bilməliyik. Onların Xankəndində öz Qələbəsini yürüşlə (parad deyil) qeyd etməsi bizi qıcıqlandırır. Bəs bizim özümüzünkülər Bakıda bunu qeyd etsələr, nə deyəcəksiniz, necə etiraz edəcəksiniz? Etiraz aksiyası keçirsəniz, yerini mənə də yazın, gəlib baxmaq istəyirəm”.

Ekspert qeyd edib ki, Suriyada da onların paradı yox, yürüşü olacaq.

Əslində adını hər nə qoysaq da, bu zəfər keçidini bizimlə paralel Suriyada keçirirsə, aramızda paralellik yaradır. Gözündə eyni gördüyünü deyir.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bizimyol.info-ya verdiyi açıqlamda qeyd edib ki, SSRİ dövründə də Rusiyanın hərbi bazaları dünyanın əksər ölkələrində , o cümlədən Azərbaycanda da olub.

Ilham Ismayıl İlham İsmayıl

“Amma Amma 9 May günlərində şəhərin baş meydanında hazırlıq məşqi etməyiblər. Bu il yubiley ildönümü də deyil. Dünyanın müxtəlif ölkələrindəki rus qoşunları bu paradı qeyd edəcəklərmi? Bildiyimə görə yalnız Suriyada. Yalnız öz hərbi şəhərcikləri çərçivəsində məşqlər edir, yürüş keçirirlər. İndi isə deyirlər, hava limanında məşq edirlər. Deməli, paradı şəhərin baş meydanında keçirməyi düşünürlər. Necə ki, fevralın 13-də orada "müstəqilliyi" Rusiya sülhməramlılarının müşayiəti ilə təmtəraqla keçirdilər. Bu imperiyanın oyunudur və bununla biz burdayıq deyir. Bu hərbi baza deyil, sülhməramlı qüvvədir. Sülhməramlı qüvvə olaraq da orada Rusiya var və bir də Ermənistan var. Bir tərəf olaraq biz orada yoxuq.

Bu yubiley ili deyil. Hansı bucaqdan baxsaq da, bu, imperialist bir yanaşmadır. Birgə bəyanatdan 5 ay keçməsinə baxmayaraq, Rusiya öz sülhməramlı missiyası sərhədlərini aşıb. Sülhməramlı missiya niyə məzar daşlarını, yerli əhalinin şəxsi evlərini təmir etməlidir. Biz sülhməramlı prosesə cəlb olunmamışıq. Belə davam etsək, mövqeyimiz zəifləyə bilər. Düşmənin Qarabağdan köçüb getməsi bizim ora qayıtmağımızdan keçir. Yalnız biz ora qayıdandan sonra, onlar sürətlə evlərini satıb köçəcəklər. Hələ qarşıda çətin işlər var”,- deyə ekspert vurğulayb.

İlhamə Rəsulova

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »