Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlon Mask pilotsuz elektromobilin qəzasının səbəblərini açıqladı
İlon Mask pilotsuz elektromobilin qəzasının səbəblərini açıqladı

“SpaceX” və “Tesla” şirkətlərində pay sahibi olan Amerika sahibkarı İlon Mask ABŞ-ın Texas ştatında pilotsuz “Tesla” avtomobilinin iştirakı ilə qəzanın təfərrüatlarından danışıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“İndiyə qədər alınmış məlumat qeydləri göstərir ki, avtopilot qoşulmayıb və bu avtomobil üçün tam avtonom sürmə funksiyası alınmayıb", - İlon Mask deyib.

O, qeyd edib ki, elektromobil avtopilotun fəaliyyəti üçün tələb olunan xüsusi nişanın olmadığı küçədə hərəkət edib.

Xatırladaq ki, hadisə aprelin 17-də olub. “Tesla” elektromobili Texas ştatında yüksək sürətlə hərəkət edərkən ağaca çırpılıb. Avtomobil bundan sonra yanmağa başlayıb. Qəza xidmətinin əməkdaşları yol-nəqliyyat hadisəsindən sonra baş verən yanğını söndürmək üçün 4 saatdan çox vaxt sərf edib.

Hadisə zamanı iki nəfər həlak olub.(report)

Son xəbərlər
Bütün xəbərlər »