Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Florentino Peres: Super Liqanın yaradılması futbolun xilasına kömək edəcək
Florentino Peres

“Super Liqanın yaradılmasının əsəs məqsədi dünya futbolunu xilas etməkdir”.

“Report” xəbər verir ki, bunu İspaniyanın “Real Madrid” futbol klubunun prezidenti və Super Liqanın rəhbəri Florentino Peres deyib.

“Biz futbolu daha cəlbedici etməliyik, çünki artıq 24 yaşa qədər insanların 40 %-i futbolla maraqlanmır”, - Peres qeyd edib. “Bunun üçün bizə daha az oyun lazımdır, amma bu oyunlar top-komandalar arasında keçirilməlidir. Bunu futbolu xilas etmək üçün edirik, özümüz üçün yox”.

İlkin plana görə, Super Liqada 15 təsisçi klub, həmçinin mövsumdən mövsümə dəyişən 5 komanda iştirak edəcək. Mövsüm avqustda başlayacaq. Oyunlar həftənin ortalarında keçiriləcək, klublar ölkə çempionatlarında iştiraka davam edəcəklər.

“Hələlik Superl Liqada üç ölkə təmsil olunur. Mövsumdən mövsümə dəyişən komandalar üçün meyarları hələ bilmirik”, - Peres əlavə edib.

“Fransanın PSJ komandasını və Almaniya klublarını hələ dəvət etməmişik. Hazırda liqada 12 komanda var, amma onların sayını 15-ə çatdırmaq istəyirik”, - o vurğulayıb.

Xatırladaq ki, aprelin 19-da Avropanın 12 top-klubu Super Liqanın yaradıldığını elan ediblər. Bunlar İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi” və “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” və “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klublarıdır. Onlar yeni turnirin həmtəsisçiləri olublar.

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Nəhəng raket nəzarətdən çıxdı: Hansı şəhərlərə düşə bilər
››› Müharibə iştirakçılarının intihar hallarının qarşısı necə alınmalıdır...
Son xəbərlər
Bütün xəbərlər »