Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəşad Nəbiyev yeni yaradılan işçi qrupundan danışdı
Rəşad Nəbiyev yeni yaradılan işçi qrupundan danışdı

Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında Azərbaycan Respublikasının “Ağıllı şəhər” ("Smart City") və “Ağıllı kənd” ("Smart Village") konsepsiyasının hazırlanması ilə əlaqədar yaradılmış İşçi qrupun rəhbəri təyin olundum".

"Report" xəbər verir ki, bunu Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev sosial şəbəkələrdəki hesabında qeyd edib.

"Əminəm ki, İşçi qrupun aidiyyəti dövlət orqanları, elmi müəssisələr və vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlığı funksional, genişmiqyaslı “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə sürətli keçid üçün zəmin yaradacaq", - deyə nazir əlavə edib.

Son xəbərlər
Bütün xəbərlər »