İranın təhlükəsizlik naziri Mahmud Ələvi koronavirusa yoluxub.
APA-nın məlumatına görə, o, artıq bir həftədir ki, ev şəraitində karantinə alınıb.
Məlumata görə, nazirin səhhəti qənaətbəxşdir.
Qeyd edək ki, ötən il nazir Mahmud Ələvinin atası koronavirusdan vəfat edib.