Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
30 ildir vaqonda yaşayan qazi: “Heç bir dövlət orqanı gəlib qapımı döyməyib” - Foto, Video
30 ildir vaqonda yaşayan qazi Ağazadə Ağa Qüdrət

Vətən müharibəsində könüllü olaraq iştirak edən oğullardan biri də Ağazadə Ağa Qüdrət oğludur. O, ailəsi ilə birgə 30 ildir ki, vaqonda yaşayır. Ağır şərtlərdə yaşamasına baxmayarq müharibəyə könüllü olaraq yazılan ilk igidlərdən biridir.

Ağa Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, müharibədən sonra özünə qarşı dövlət orqanlarının laqeyidliyindən narazıdır. O, bildirib ki, Hərbi-həkim komissiyası onun haqqında yararlı yazıb, lakin aldığı qəlpə yaralarının təsirindən aylardı ailəsinə çörək pulu gətirə bilmir.

30 ildir vaqonda yaşayan qazi Ağazadə Ağa Qüdrət Ağazadə Ağa Qüdrət

“1993-cü ildə ailəmlə birgə Cəbrəyıl rayonundan qaçqın düşmüşük və 30 ildir Binəqədi rayonunda vaqonda yaşayırıq. İllərdi çörək maşını sürürdüm və ailəmi bununla dolandırırdım.

30 ildir vaqonda yaşayan qazi Ağazadə Ağa Qüdrət Ağazadə Ağa Qüdrət

Müharibə başladığını eşidib könüllü olaraq yazıldım. Lakin məni evin tək oğlu olduğum üçün aparmadılar. Məni aparmaları üçün dəfələrlə müraciətlər etdim. Nəhayət oktyabr ayında məni də apardılar.

30 ildir vaqonda yaşayan qazi Ağazadə Ağa Qüdrət Ağazadə Ağa Qüdrət

Müharibədə sağ ayağım sınıb və çanaq sümüyümdən, böyrək nahiyyəmdən 9 qəlpə yarası almışam. Biri üzdə olduğu üçün çıxardıblar. Səkkizi isə hazırda bədənimdədir. Hərbi-həkim komissiyasına dəfələrlə müraciət etmişəm. Özləri də bildirib ki, 2-3 il bədənində ağrılar olacaq, lakin mənə yararlı yazıblar”.

30 ildir vaqonda yaşayan qazi Ağazadə Ağa Qüdrət Ağazadə Ağa Qüdrət

O, bildirib ki, işləyə və dövlətdən hər hansı yardım ala bilmədiyi üçün ailəsinin vəziyyəti çox acınacaqlıdır.

30 ildir vaqonda yaşayan qazi Ağazadə Ağa Qüdrət Ağazadə Ağa Qüdrət

“Mənim atam infarkt xəstəsidir. Ailəmdə heç kim çalışmır. Bəs mən 3 il nə yeyim? Necə dolanım? Yanvar ayında tərxis olunmuşam və həmin vaxtdan bəri işləyə bilmirəm. Heç bir yardım göstərilmir. Heç bir dövlət orqanı gəlib qapımı döyməyib”,-deyə bildirib.

30 ildir vaqonda yaşayan qazi Ağazadə Ağa Qüdrət Ağazadə Ağa Qüdrət

Ümidvarıq ki, məsələ ilə bağlı dövlət orqanları tərəfindən lazımi addımlar atılacaq. Çünki Ağa kimi oğulların canı, qanı bahasına 30 illik həsrətimizə son qoyulub. Yuxusunu belə görməyi arzuladığımız Qarabağı bu gün canlı gedib görə, havasını ciyərlərimizə çəkə, torpağını qoxlaya biliriksə, ömrümüzün sonuna kimi bu oğullara borcluyuq.

Leyla Mirzə

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »