Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Xankəndidə parada hazırlaşır: "Azərbaycan qəti şəkildə Rusiyaya nota verməlidir"
Rusiya Xankəndidə parada hazırlaşır: "Azərbaycan qəti şəkildə Rusiyaya nota verməlidir"

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Xankəndində hərbi parad keçiriləcək və 400 Rusiya hərbçisi keçid məşqlərinə başlayıb. Ölkə ərazisində başqa bir dövlətin ordusunun maskarad təşkil etməsi nə dərəcədə doğrudur?

Cənubi Qafqaz Araşdırma Mərkəzinin sədri, politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlamasında bildirib ki, Hazırda Rusiya Qarabağdakı müəyyən bir ərazidə apardığı fəaliyyətlə Azərbaycanın təhlükəsizliyinə və suverenliyinə qarşı müəyyən təhdidedici hərəkətlər edir. Onun sözlərinə görə, bu əsasən separatçıların müdafiə edilməsi, Ermənistanın oradakı qanunsuz birləşmələrin qeyri-qanuni fəaliyyətinə imkan yaradılmasıdır.

Məhəmməd Əsədulzadə Məhəmməd Əsədulzadə

“Xankəndidə keçiriləcək parada gəldikdə isə Rusiya çalışır ki, Qarabağda separatizmi qorusun. Bu cür tədbirlər keçirməklə birbaşa Azərbaycana qarşı təzyiq siyasətinə əl atır. İlk olaraq bu qanunsuzdur. Azərbaycan qəti şəkildə Rusiyaya nota verməlidir. Rusiya sülhməramlıları burada yalnız tərəflər arasında sülhün təhküləsizliyini təmin etməyə çalışmalıdır. Onlar nə hər hansı hərbi təlimlər, nə də parad keçirmək ixtiyarına malik deyillər. Ona görə də, Azərbaycan Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı əsasnamənin tərtib olunmasına çalışmalıdır. Çünki onların hazırkı fəliyyəti qanunsuzdur və özlərini Rusiyanın hərbi bazası kimi aparırlar. Belə bir parad keçiriləcəksə, Azərbaycan Rusiyadan izahat tələb etməlidir. Bu Azərbaycana qarşı təxribatdır və suverenliyini təhdid etməkdir”,- deyə bildririb.

Hərbi ekspert Ədalət Verdiyev isə Bizimyol.info-ya verdiyi açıqlamasında bildirib ki, bu heç bir halda Azərbaycana qarşı yönəlmiş addım kimi dəyərləndirilməməlidir.

Ədalət Verdiyev Ədalət Verdiyev

“Rusiya əsgəri harada mövcuddursa, orada Böyük Vətən müharibəsindəki qələbənin 75 illiyini qeyd edir.. Əslində bu, faşist Qaregin Njdeyə heykəl qoyan Ermənistana daha çox toxunacaq.

Bu tədbiri siyasiləşdirməyə, hansısa don geyindirməyə ehtiyac yoxdur. Bu daim bizim gördüyümüz, müşahidə etdiyimiz sıradan bir tədbirdir. Təbii ki, Rusiya buraya 2000 nəfərlik kontingentdən 400 nəfərlə qatılacaq. Bu heç bir halda Azərbaycana qarşı təhdid deyil”.

Hərbi ekspertin sözlərinə görə, parad daha ciddi miqyasa malik olur, amma bu hərbi parad yox, təntənəli keçiddir".

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »