Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tural Gəncəliyev: "Ermənistan deputatları nifaq salan bəyanat verməməlidirlər"
Tural Gəncəliyev

“Ermənistan parlamentindən olan həmkarlarım gərək öz parlamentlərində nifaq salan bəyanatlara, Azərbaycan fobiyasına yol verməsinlər, yalnız bu şərtlə bu cür əhəmiyyətli görüşlərdə iştirak etsinlər”.

“Report” xəbər verir ki, bu sözləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev Euronest Parlament Assambleyası (PA) komitəsinin videoformatda keçirilən iclasında bildirib.

Millət vəkili həmçinin bu günlərdə Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin əməkdaşı Lilit Gözəlyan tərəfindən hədə-qorxuya məruz qaldığını diqqətə çatdırıb.

“Euronest PA Siyasi işlər, insan hüquqları və demokratiya komitəsinin iclası zamanı Ermənistan nümayəndələrinin Azərbaycana qarşı əsassız ittihamlarına cavab verərkən Ermənistanda Azərbaycan fobiyasına dair məsələ qaldırdım və hazırda Ermənistan parlamenti əməkdaşları tərəfindən ölüm hədələrini alıram”, - T.Gəncəliyev tvitter hesabından paylaşım edib.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »