Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yəqin ki, cənab Prezident oğlumu işsiz qoymaz” - Abel Məhərrəmov
Abel Məhərrəmov

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmov oğlu Anar Məhərrəmovun Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılmasından danışıb.

Yenisabah.az-ın xəbərinə görə, Abel Məhərrəmov Demokrat.az-a açıqlamasında deyib ki, oğlu ilə bağlı qərar normal qarşılanmalıdır:

“Oğlumun geri çağırılmasına normal baxıram. Çünki səfirlərlə bağlı belə qayda var ki, mütləq 5 ildən bir dəyişilirlər. Cənab Prezidentin verdiyi istənilən qərar bizi qane edir. Bu məsələ cənab Prezidentin tam səlahiyyətində olan məsələdir. Allah onu qorusun, nə məsələhət bilər, biz də ona hazırıq”.

Sabiq rektor oğlunun peşəkar diplomat olduğunu və 6 xarici dilə yiyələndiyini bildirib:

“Oğlum 20 ildir ki, diplomatiya sahəsində çalışır, Avropada təhsil alıb, ingilis, rus, fransız, ispan, portuqal və türk dillərini bilir. Yəqin ki, cənab Prezident oğlumu işsiz qoymaz, ya iş verərlər, ya da Allahın köməyi ilə bir yerə təyin olunar. İkisi də bizi qane edir”.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ermənistanda sakinlər Gümrü-Yerevan avtomobil yolunu bağlayıb
Son xəbərlər
Bütün xəbərlər »