Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın Ukraynaya hücum xəritəsi yayılıb
Xəritə - Ukrayna

Donbassda irimiqyaslı döyüş əməliyyatları başlayarsa Rusiya ordusunun Ukraynaya necə hücum edəcəyini əks etdirən hərbi xəritə yayılıb.

Virtualaz.org xəbər verir ki, bu xəritəni “Military Maps” dərc edib. Xəritəyə əsasən Rusiya ordusunun Belarus istiqamətindən də Ukrayna ərazisinə hücum edəcəyi görünür. Bu xəritənin Rusiyanın real hərbi planlarına nə dərəcədə aidiyyatı olduğu bəlli deyil, amma indiki halda burası dəqiqdir ki, Rusiya Ukrayna sərhədlərində böyük miqdarda qüvvə-90 mindən 110 minə qədər canlı qüvvə, minlərlə döyüş texnikası cəmləşdirib.

Kanadanın “The Globe and Mail” qəzetində dərc edilmiş məqaləsində Harvard universitetinin Devis Mərkəzinin elmi əməkdaşı, beynəlxalq məsələlər üzrə professor Aurel Braun bu mövzuya toxunaraq bildirir ki, artıq üçüncü onillikdir hakimiyyətdə olan Vladimir Putin öz rəqiblərini onun addımlarının nədən ibarət olacağı barədə baş sındırmağa məcbur etməyi sevir. “Bu gün isə Ukrayna sərhədlərində 90 minə yaxın Rusiya qoşunlarının cəmləşdirildiyi bir vaxtda Moskvanın bu ölkəni Dnestryanı, Gürcüstan, Krım və Suriyanın daxil olduğu beynəlxalq qələbələrinin artmaqda olan siyahısına daxil etmək istəyi yarana bilər”,-müəllif bildirir.

Rusiya sülhməramlıları Qarabağda

Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsinin məqsədi nədir: blef, şantaj, sınaq, yeni məhdud ərazilərin ələ keçirilməsi və ya total müharibə siqnalı? Moskvanın hərəkətlərinin arxasında nə dayanır?

Müəllif qeyd edir ki, Rusiyanın Ukrayna sərhədlərində qoşun cəmləşdirməsi ABŞ-ın yeni prezidenti, Moskva ilə böyük qarşılıqlı əlaqələr təcrübəsinə malik olan Cozef Bayden üçün sınaqdır. “Moskva açıq-aşkar ümid edir ki, Bayden keçmiş prezident Barak Obama üçün xas olan “çiyin arxasından rəhbərlik” kursunu yürüdür, yəni sərt ritorika buna müvafiq addımlarla müşaiyət olunmur. Rusiya Qərbi Ukraynada da güzəştə məcbur etmək üçün hidrid əməliyyatlardan istifadə edir. Prezident Bayden Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə “sarsılmaz dəstək” ifadə edib, amma biz hələ bilmirik ki, bu bəyanat onun tərəfindən əhəmiyyətli siyasi təşəbbüslərlə müşaiyət olunacaqmı”,-professor yazır.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
Son xəbərlər
Bütün xəbərlər »