Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...

Rusiyanın Daxili İşlər Nazirliyi Müstəqil Dövlətlər Birliyi üzvlərindən bu ölkələrin Rusiyada qanunsuz olaraq yaşayan vətəndaşlarının iyunun 15-nə qədər ölkəni tərk etməsini tələb edir.

Bu barədə Birliyin Parlamentlərarası Assambleyasının iclasında Rusiya Federasiyası daxili işlər nazirinin müavini Aleksandr Qorovoy bildirib. Onun təqdim etdiyi Daxili İşlər Nazirliyinin statistikasına görə, bu gün Rusiyada Özbəkistandan 332 mindən çox, Tacikistandan 247 min, Ukraynadan 152 min, Azərbaycandan 120 min, Qırğızıstandan 115 min, Ermənistandan 61 min, Moldovadan 56 min, Qazaxıstandan 49 min qanunsuz miqrant var.

“Bu kütləvi hal alarsa, Azərbaycanda iqtisadi, sosial vəziyyətə ciddi təsir göstərəcək”.

Bu fikirləri iqtisadçı Asif İbrahimov Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, bu qərar 900 min əhalinin Azərbaycana deportasiyası, yeni iş yerləri və bir çox məsələlərdə dövlətə yük deməkdir.

Asif İbrahimov Asif İbrahimov

“Dəfələrlə deyirdik ki, Azərbaycan iqtisadiyyatının Rusiyadan asılılığını azaltmaq lazımdır.

Digər tərəfdən isə baxdıqda bu aktiv əmək qabiliyyətli əhalidir. Azərbaycanda normal şərait yaradılarsa, həmin insanlar iş yerləri ilə təmin edirlərsə, yeni iqdisadi preoritetlər yaranar.

Bu verilmiş qərar siyasidir. Son illər Azərbaycanın yürütdüyü siyasətlə bağlıdır. Yadımıza salaq ki, bir müddət öncə Azərbaycanda parad keçirilən zaman, Rusiya açıqlama yaymışdı ki, Azərbaycan pamidorunda virus və gəmiriçilər aşkar edilib. Ona görə də, düşünürəm ki, bu qərar gələcəkdə Ukrayna və Azərbaycandan olan insanlara şamil olunacaq”,-deyə iqtisadçı bildirib.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Rusiya Daxili İşlər Nazirliyinin Müstəqil Dövlətlərin Birliyi üzvlərinə qarşı bu formada addımlar atmasının siyasi tərəfləri var.

“Məsələ ondan ibarətdir ki, artıq bütün dünyada Rusiya əleyhinə əks qüvvələrin ümumi təzyiqinin formalaşması ilə bağlı bir təsir gedir. Asiya, Qafqaz, Şərqi Avropa ölkələrində də bu tendensiya müşahidə edilməkdədir. Bir növ baş verənlər Baydenin iqtisadi savaşının və Rusiyanı uzun müddətli iqtisadi sanksiyalarla yormaq, çökdürmək siyasətinin tərkib hissəsidir. Ona görə də, hazırda Rusiya daha çox güclü olmaq, SSRİ-nin kiçik bir modelini bərpa etmək istəyir ki, qarşıda baş verəcək soyuq müharibədə çox güclü şəkildə özünü göstərə bilsin və dollar qarşısında tab gətirə bilsin. Lakin Rusiyanın siyasi iradəsinə cavab verməyən, onun imperial ambisiyalarını yerinə yetirməyən ölkələr var və onların sayı artmaqdadır. Bu vətəndaşların Rusiyadan ekspedisiya edilməsinin də kökündə bunlar dayanır. Həmin şəxslər Rusiya iqtisadiyyatında mühüm rola malik olsalar da, eyni zamanda əksəriyyəti MDB ölkələrinin əsas pul daşıyıcılarıdır. 120 min nəfər əməkçi miqrantın Azərbaycana qaytarılması, qlobal böhran şəraitində yaranmış iqtisadi gərginliyi bir az da artırmağa xidmət edir”.

Siyasi şərhçi bildirib ki, MDB ölkələri üçün bu çox ağrılı addım kimi yadda qalacaq.

“Bu 30 il ərzində MDB-yə üzv ölkələr öz iqtisadiyyatını elə bir həddə qurmalı idilər ki, Rusiyadan asılı vəziyyətə düşməsinlər. Siyahıya görə, həmin yük ən minimal Azərbaycanın üzərindədir. Bizim iqtisadiyyatımızdakı bu yükün ağırlığı əhəmiyyətli şəkildə olmayacaq. Amma bu Özbəkistan və digər MDB ölkələri üçün belə deyil”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »