Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda 63 yaşınadək olan şəxslər orduya cəlb olunacaq
Erməni uşaqları döyüşə aparılır

Ermənistan müqaviləli hərbçilər 63 yaşa qədər xidmət edə biləcəklər.

Unikal.org Ermənistan KİV-lərə istinadla xəbər verir ki, "Parlaq Ermənistan" fraksiyasının təqdim etdiyi "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qanuna müvafiq dəyişikliklər layihəsi parlamentdə ikinci və son oxunuşda qəbul edilib.

Bundan əvvəl qanun layihəsinin müəllifi, “Parlaq Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan bildirib ki, sərhədyanı bölgələrin sakinləri, o cümlədən 50 yaşdan yuxarı kişilər, xidmət üçün olduqca uyğun olsalar da, müqavilə ilə xidmət edə bilmirlər. Onların bir çoxu həm 2016, həm də 2020-ci ildə hərbi əməliyyatlarda könüllü iştirak ediblər. Marukyan, bu vətəndaşların könüllü kimi orduya cəlb oluna bildikləri halda, müqavilə əsasında xidmətə cəlb edilməmələrinin çaşqınlıq yaratdığını söyləyib.

Ermənistan Müdafiə Nazirliyi də sözügedən qanun layihəsinə müsbət rəy verib.

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
Son xəbərlər
Bütün xəbərlər »