Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hüquq müdafiəçisi: “Gec olmadan erməni diversantların məhkəməsinə başlanılmalıdır”
Hüquq müdafiəçisi: “Gec olmadan erməni diversantların məhkəməsinə başlanılmalıdır”

“Hesab edirəm ki, Azərbaycan hüquq mühafizə orqanları əsirlikdə saxlanılan erməni diversantların məhkəməsinə başlamalıdır. Çünki ermənilər humanizm prinsiplərindən istifadə edərək bu məsələni tez- tez gündəmə gətirirlər. Məhkəmə başladılmalı, həm də beynəlxalq müşahidsçilər, beynəlxalq  hüquq təşkilatlarının nümayəndələri dəvət olunmalıdır. Müharibə başa çatdıqdan sonra onlar bizim 4 hərbiçimizi, bir mülki şəxsi öldürüblər. Ortalıqda fakt var. Bunlar hansı məqsədlə gəliblər? Biz 50 minlik erməni ordusunu məhv eləmişik, ondan sonra 43 nəfəri göndərməyin arxasında nə gizlənir? Bəlkə minalardan təmizlənmiş ərazilərə yenidən mina basıdracaqlar, bəlkə su mənbələrimizi zəhərləyəcəklər? Hesab edirəm ki məhkəmə məsləsini gecikdirmək olmaz”.

Bu fikirləri Bizimyol.info-ya siyasi şərhçi, hüquq müdafiəçisi Murad Sadəddinov səsləndirib. O həmçinin Fransanın Ermənistandakı səfirinin Azərbaycanda Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı verdiyi şərhə də münasibət bildirib.

Murad Sadəddinov Murad Sadəddinov

Qeyd edək ki, Fransanın Ermənistandakı səfiri narahat olaraq, “müharibə tamaşa predmeti olmamalıdır” deyib və Azərbaycan XİN tərəfindən də layiqli cavab alıb: “Fransa səfirlərinin Ermənistanın məğlubiyyətini “ləyaqətli məğlubiyyət” adlandırması da maraq doğurur. Görünür, Fransa səfirinin ləyaqət anlayışı fərqlidir”,- deyə Azərbaycan XİN-in cavabında qeyd edilir.

“Bir neçə söz də Fransanın səfirinin dili ilə səsləndirdiyi mövqe barədə demək istəyirəm. Fansızlar tarixdən, humanizmdən danışanda bir az ehtiyatlı olmalıdırlar. Onlar  faşistlərdən daha çox faşistlik edərək minlərlə yəhudinin  genosidində   var gücləri ilə iştirak ediblər. Fransanın  2 SS diviziyası var idi ki, biri Moskvaya qədər  gəlib çıxmışdı, elə onlara qarşı da azərbaycanlılar  qəhrəmanlıqla  sinə gərdilər. 42-ci ildə Parisdə meydanda topladıqları, əksəriyyəti uşaq olan 10 000 yəhudinin ölüm düşərgələrinə göndərilməsini Fransa unutmamalıdır. O insanların 10 faizi sağ qala bildi. Faktiki Fransa almanlara qarşı vuruşmayıb. Sonradan sonra kiçik müqavimət hərkatı yaradılmışdı. Hamının qəhərman dediyi Şarl De Qollu dünyay qəhrəman kimi təqdim edən Britaniya oldu. Onu heç fransızların özləri tanımırdılar. Sovet İttifaqına qarşı onu Britaniya ilə ABŞ qalib ölkələr sırasına saldı. Yalançı qalib ədası onu BMT-də Veto hüququna malik dövlət elədi. Münaqişələrə müdaxilə etmək hüququ qazandırdı. Bu sırtıq dövlət Ermənistanı da özünə bənzədib. İndi Ermənistan məğlub olsa belə, şərtlər qoymaq, məğlub olub sonda gəlib stolun başına keçmək istəyir. Onlar  bizim Hərbi Qənimətlər Parkımızdan narahat olublar. Biz hələ sevinsinlər ki, hərbi cinayətlər parkı açmırıq. Onların şumladıqları qəbirstanlar, qızıl dişlərini soyduqları, təhqir etdikləri ölülər barədə çəkib dünyaya göstərmirik. Bunu heç alman faşistləri də eləmirdilər ki, ermənilər elədilər”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »