Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağın bərpası 600 milyarda başa gələcək”
“Qarabağın bərpası 600 milyarda başa gələcək”

“Qarabağın tamamilə bərpa edilib, yaşana bilən hala gəlməsinə 600 milyard manat lazımdır”.

Bunu bizimyol.info-ya Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri,Əməkdar memar Elbay Qasımzadə bildirib.

Elbay Qasımzadə Elbay Qasımzadə

Memar qeyd edib ki, Qarabağda məskunlaşma layihəsi üzərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, layihə institutları ilə birlikdə işləyir.

“Hesab edirəm ki, rayon mərkəzləri hamısı bərpa olunacaq, kəndlər isə fərqli şəkildə qurulacaq. Əvvəllər 50-100 adamdan ibarət kəndlər var idi. Onların bərpası iqtisadi cəhətdən əlverişli deyil. Kənd və qəsəbələrin sayı əlbəttə azalacaq”.

Memar qeyd edib ki, dünyanın bir neçə ölkəsində icra edilən ağıllı kənd layihəsi ilk dəfə olaraq dövlət başçısının tapşırığı ilə Zəngilanda tətbiq olunacaq. Bu sahə üzrə ixtisaslaşmış bir neçə xarici şirkətlə, o cümlədən alman şirkətləri ilə danışıqlar aparılıb.

“Ağıllı kənd və qəsəbə deyəndə vətəndaşlar başa düşməlidirlər ki, söhbət vətəndaşların evlərinin yox, ərazilərin, həmin qəsəbələrin idarə edilməsindən gedir. Mühəndis qurğular, nəqliyyat sistemi, bütün kommunikasiyalar komüterləşdiriləcək, bir mərkəzdən idarə olunacaq. Qayıdışın mümkün olması üçün infrastruktur ilk növbədə Ermənistanla sərhəddə həyata keçirilməlidir. Sərhədlə bağlı hökmən tədbirlər görülməlidir, bu öz yerində. Məsələnin hərbi tərəfi var, o ayrı. Bir də var məskunlaşma. Sərhəd boyu yaşayış məntəqələri yerləşməlidir, bu, dövlətin zəmanətidir. Bu da yalnız İranla sərhədə aid edilməməlidir, Ermənistanla sərhədimizdə də tətbiq etməliyik”,- deyə memar bildirib.

O həmçinin qeyd edib ki, bərpa işlərinin yekunlaşması və ərazilərin minalardan tamamilə təmizlənməsi üçün təxminən 10 il zaman lazımdır.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »