Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Təmiz hövzələr" aksiyasına start verildi - Fotolar
699de2a3-341c-4b83-a2ff-2d0764d69bc4_640x426

"Təmiz hövzələr" aksiyasına Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsindən başlanılıb.

Bizimyol.info xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının və ekokönüllülərin də cəlb edildiyi birgə aksiyada Kürün bir hissəsində təmizləmə işləri aparılıb, çay hövzəsinin 15 kilometrdən artıq sahəsi sintetik torlardan və plastik tullantılardan təmizlənib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədovun sözlərinə görə, brakonyerliklə mübarizəyə daha geniş kütləni cəlb etməklə ölkənin su hövzələrində bu cür tədbirlər daha da intensivləşdiriləcək.

"Sintetik torların toplanması qadağan olunmuş vasitələrlə balıq ovu edənlərə daha bir xəbərdarlıqdır və əsas hədəf geniş ictimaiyyətin dəstəyi ilə balıq ehtiyatlarının mühafizəsi, qorunması işini möhkəmləndirmək, onların artırılmasına nail olmaqdır".

B.Məhəmmədov əlavə edib ki, su hövzələrinin çirkləndirilməsi, plastik tullantıların su axarlarına atılması da bioresursların məhvinə səbəb olur.

"Buna görə də sututarlarını zibilləməmək, qadağan olunmuş alətlərlə balıq ovlayanları bu işlərdən çəkindirmək hər birimizin borcu və vəzifəsi olmalıdır. "Təmiz hövzələr" aksiyasında yığılmış sintetik torlar və plastik tullantılar təkrar emal üçün AzEkol şirkətinə təhvil verilib”.

Bizimyol.info

Paylaş »
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› Paşinyanın arvadı ilə bağlı araşdırma aparılır
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Vladimir Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »