Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkdilli dövlətlər arasında media təminatı təxribatların qarşısını alacaq
Zəngəzurdan görüntü (Gorus)

Bir neçə gün öncə Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin reallığa çevrildiyini bəyan etməsi ilə regionda hərəkətlənmə başladı. Bu dəhlizin açılmasını arzulayan və arzulamayanların reaksiyası görülməkdədir.

Zəngəzur dəhlizi ölkəmiz üçün strateji əhəmiyyət daşımaqla yanaşı, 1.1 trilyon dollardan çox ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə çoxqütblüləşməyə başlamış dünyada yeni və güclü qütbün türk dünyasının parlamasına səbəb olacaq.

Türkiyə 761.4 milyard dollar, Qazaxıstan 181.7 milyard dollar, Özbəkistan 57.9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğıxstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdirlər. Bu bazar əlbəttə qlobal güclərin marağını cəlb edəcək. Çox uzaq gələcəyə baxmırıq. Artıq addımlar atılıb. 12 ildir fəaliyyət göstərən Türk Şurası yeni mərhələyə qədəm qoyub.

“Bir neçə gün bundan əvvəl Bakıda Türk Şurasına daxil olan dövlətlərin media siyasətinə məsul şəxslərin ortaq toplantısı keçirildi. Toplantının sonunda alınan qərarlar gələcək üçün ümidli fikirlər yaradır.

  1. 2021-2022-ci il üçün Fəaliyyət Planının yaradılması təsdiqləndi.
  2. Türk dövlətlərinin media siyasətinə məsul şəxslərdən ibarət Türk Konseyi Media Kordinasiya Komitəsinin yaradılması qərarlaşdırıldı.
  3. Konseyə üzv dövlətlərin ortaq tarixi və mədəniyyəti haqqında videofilmlərin, sənədli filmlərin birgə çəkilişi razılaşdırıldı.
  4. Media nümayəndələri üçün kursların, təlim proqramlarının təşkili qərarlaşdırıldı.
  5. Beynəlxalq Türk Xəbər Kanalının qurulması, rəsmi xəbər agentlikləri və milli televiziya kanalları arasında münasibətlərin sıxlaşdırılması qərarlsşdırıldı.
  6. 2021-ci ildə Türkiyədə Beynəlxalq Media Forumunun keçirilməsi razılaşdırıldı”.

Bu fikirləri bizimyol.info-ya Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü səsləndirib.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

Xəbər verdiyimiz kimi, Türk Şurasının gələcəkdə sadəcə, bir şura olmaqla qalmayıb, təşkilat forması alması Nazarbayev tərəfindən təklif edilib və üzvlər tətəfindən qəbul olunub.

Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələr belə təşkilatdan narazıdırlar. Avrasiya İqtisadi Birliyinin üzvü olan Qazaxıstan və Özbəkistan da Türk Şurasının güclənməsində maraqlıdır. Ekspertlər hesab edirlər ki, Zəngəzur dəhlizi işə düşərsə və bununla regional layihələrin reallaşması sürətlənərsə, Avrasiya İqtisadi Birliyinə də maraq arta bilər.

Türkdilli ölkələr arasında informasiya təminatının yaradılması dünya çapında uzun illərdir Türk Şurasının üzv ölkələrlərinin hər birinə qarşı təxribat xarakterli dezinformasiyaların yayılması, bu kimi saxta informasiyaların siyasi kampaniyaya çevrilməsinin qarşısını alacaq. Türkdilli ölkələrin tarixndə baş verən tarixi hadisələrin öyrənilməsi və təbliğı vacibdir. Bütövlükdə bütün ortaq tariximizin, milli-mənəvi dəyərlərimizin, tarixi mədəniyyətimizin, həqiqətlərin təbliği türk dünyasını bir yumruq kimi birləşdirəcək, yatmış aslanı oyandıracaq.

İlhamə Rəsulova

Paylaş »
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› “Azərbaycan qüvvələri geri çəkilmək fikrində deyil” - Aram Melkonyan
Son xəbərlər
Bütün xəbərlər »