Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
“Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”

Son günlər ATƏT-in Minsk qrupunun yenidən dirildilməsi cəhdləri aktivləşib.

Baxmayaraq ki, bu qurumun 28 ildə ortaya heç bir effektiv nəticə qoymadığını, səmərəsiz işini bütün dünya gördü və hətta aprelin 5-də Minsk Qrupunun Amerikadan həmsədri olmuş Riçard Hoqland maraqlı, eyni zamanda qıcıqlandırıcı açıqlama verərək heç bir iş görmədiklərini etiraf etdi:

“Biz beşulduzlu otellərdə qalırdıq, ən yaxşı restoranlarda yeyirdik. Arabir də Minsk qrupunun mövcud olduğunu yada salırdıq”.

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, səfi Anjey Kasprşiki isə öz vətəni Polşaya qaytarmaq mümkün deyil. O özü etiraf edib ki, Minsk qrupunun üzvü olaraq yüksək maaş alır və elə bu maaşla da təqaüdə getmək niyyətindədir.Ona görə də qrup üzvləri hər nə olursa olsun, fəaliyyətdəymişlər kimi görünməyə maraqlıdırlar. Hərçənd savaş bitib, münaqişə yoxdur, o zaman münaqişənin həlli üçün gəlmiş bir qrupun qalmasına ehtiyac da yoxdur. Bu artıq ərə getmiş qıza ərinin yenidən elçi düşməsi qədər səfeh bir ideya olardı.

Bizimyol.info-ya açıqlama verən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “madam ki, Riçard Hoqland sirləri açır, mən də bir sirri açım” deyib.

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

“Minsk qrpunun üzvləri gedib nədən danışacaqlar? Həqiqəti danışmaq sərf etmir, heç qulaq asanların da xoşuna gəlmir.Tərəflərin hərəsi öz mövqeyini bildirəcək, o qədər! 28 il belə davam edib. Bu günə qədər danışıqlar belə olub: “Gücün var, get torpaqlarını qaytar, gücün yoxdu, otur biz deyənlə razılaş”. Bizə bunu deyirdilər. Biz də bəzi məmurların dediyi kimi, “get kimə istəyirsən, şikayət elə” deyirik. Onların da deməyindən belə çıxırdı. Ermənistan da bizə eyni sözü deyirdi. İndi biz gücləndik, ordumuz torpaqları azad elədi. Minsk qrupu gəldi, o öz dediyini deyəcək, biz də öz dediymizi. Üstəlik deyəcəyik, “Get kimə istəyirsən, şikayət elə”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »