Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranın Suriya, Livan və İraqdakı əməliyyatlarına rəhbərlik edən general qəflətən ölüb
Məhəmməd Hüseynzadə

İranın təhlükəsizlik aparatında çox mühüm fiqur hesab olunan yüksək rütbəli general qəfil ölüb.

Virtualaz.org beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, briqada generalı Məhəmməd Hüseynzadə Hicazi İnqilab Keşikçiləri Korpusunun xüsusu təyinatlı “Qüds” qüvvələrinin komandan müavini idi. Onun 65 yaşında “qəfil ürək tutmasından” öldüyü bildirilir, hər hansı digər təfərrüatlar açıqlanmır.

General Hicazi “Qüds” qüvvələrinin İraq, Livan və Suriyadakı əməliyyatlarına rəhbərlik edirdi və 2020-ci ilin yanvarında ABŞ-ın dron zərbələri ilə Bağdad aerportu yaxınlığında öldürülən əfsanəvi general, “Qüds” qüvvələrinin komandanı Qasım Süleymaninin yaxın silahdaşı, “sağ əli” hesab olunurdu.

1956-cı ildə İsfahanda anadan olan Hicazi 1979-cu il islam inqilabından sonra İnqilab keşikçiləri Korpusuna qoşulub, 10 il ərzində hərbiləşdirilmiş könüllülər dəstəsi olan “Bəsic”ə rəhbərlik edib. Həmin qüvvələr rejimin və İranın siyasi aparatının əsas dayağına çevrilib.

General Hicazi ötən ilin aprelində “Qüds” qüvvələrinin komandan müavini təyin edilmişdi. Bundan əvvəl isə o, İnqilab Keşikçilərinin Livandakı hərbi qüvvələrinə komandirlik edirdi.

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Hansı bizə daha yaxındır: Fələstin, yoxsa İsrail...
››› Azərbaycan 44 saata Qarabağın dağlıq hissəsini terrorçulardan təmizləyə bilər
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Avropa ölkəsi Rusiyanın nüvə hədəfinə necə çevrildi...
››› Ermənistanda vəzifəli şəxslər həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »