Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis külli miqdarda narkotik vasitələr aşkarlayıb
Narkotik

Daxil olmuş məlumat əsasında nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şəki şəhər sakini Pərviz Salamov, Mingəçevir şəhər sakini Feruz paşayev və Göyçay rayon sakini Emil Eyubov saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, üzərlərinə şəxsi axtarış keçirilən zaman Pərviz Salamovun üzərindən çəkisi 17.481 qram narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Feruz Paşayevin idarə etdiyi “KİO-RİO” markalı avtomobilə baxış keçirilən zaman oradan 1 kq 85 qram narkotik vasitə olan “heroin” və 5 kq 600 qram çəkidə nakotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı P. Salamov narkotik vasitəni, hələlik kimliyi istintaqa məlum olmayan İran vətəndaşından sifariş etdiyi və Gəncə şəhər ərazisindən götürdüyünü bildirib.

Şöbə əməkdaşlarının keçirdikləri daha bir uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə hesab olunan “tiryək” qanunsuz dövriyyədən çıxarılıb. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, müştəri qismində “Opel” markalı taksiyə əyləşərək Bakı şəhər istiqamətində hərəkətdə olan, Abşeron rayon sakini Rais İbrahimov Hacıqabul rayonu ərazisində saxlanılıb. Onun əlindəki sellofan torbaya baxış keçirilən zaman 5 ədəd politelen bükümlərdə ümumi çəkisi 4 kq 175 qram narkotik vasitə olan “tiryək” aşkar edilirək götürülüb.

Hər iki fakt üzrə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Sərhəddə silahlı insident: iki hərbçimiz şəhid olub
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
Son xəbərlər
Bütün xəbərlər »