Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Papa Fransis Ukraynada gərginliyin artmasından danışıb
Papa Fransis Ukraynada gərginliyin artmasından danışıb

Papa Fransis Müqəddəs Pyotr Meydanında etdiyi çıxışda Ukraynanın şərqindəki hərbi aktivliyin artmasından narahat olduğunu bildirib.

APA-nın məlumatına görə, o, gərginliyin azaldılmasını istəyib və barışıq üçün dua edib:

“Kədərli şeylərdən danışacam. Son aylarda Ukraynanın şərqində atəşkəs rejiminin pozulduğunu və bəzi bölgələrdə baş verən hadisələri narahatlıqla izləyirəm. Hərbi fəaliyyətin gücləndiyini görürəm.

Xahiş edirəm, gərginliyi azaldın və barışmaq üçün mümkün olan hər şeyi edin”.

Papa Fransis çətin humanitar vəziyyəti də xüsusilə vurğulayıb: “Xalqa mənəvi yaxınlığımı bildirirəm və dua etməyinizi xahiş edirəm”.

Son xəbərlər
Bütün xəbərlər »